Azərbaycan Turizm Assosasiyasının (AzTa) rəhbəri Nahid Bağırov türk otelçiləri qorxuya salan "qara siyahı" barədə açıqlama verib.
Nahid Bağırov ANS PRESS-ə açıqlamasında mövsümdən öncə otellərin yoxlanmasının praktikada müşahidə olunan normal hal olduğunu deyib. Onun sözlərinə görə, AzTa-nın tərkibində bu il 5 yeni komitə yaradılıb. Bunlardan biri də Getmək Turizmi Komitəsidir.
"Turizm üçün mövsümün ən aktual istiqaməti Türkiyədir. Bu gün Azərbaycanda 250-dən artıq tur operator var. Hər il onların yalnız 10-15 faizi mövsümdən öncə şəraitlə yerində maraqlana bilirdi. Yerdə qalanlar isə xəbərsiz qalırdı".
Onun sözlərinə görə, Azərbaycanda bütün turizm şirkətlərini birləşdirən bir qurum var və məhz bu Assosasiyanın tərkibindəki komitənin əməkdaşları otelləri yoxlayanlar sırasında olacaq.
"Bu bizim vətəndaşlarımız qarşısında borcumuzdur. Gedib, baxıb gördüklərimizə uyğun tövsiyyələr verəcəyik. Biz bunu öz vətəndaşlarımızın hüquqularını qorumaq üçün edirik".
Xatırladaq ki, N.Bağırovun yoxlama barədə açıqlamaları türklərin narahatlığına səbəb olub.
AzTa rəhbəri mövsüm öncəsi yoxlamaların məqsədinin turizm xidmətlərinin keyfiyyətini artırmaq olduğunu deyib.
Onun sözlərinə görə, tövsiyyə edilən və edilməyən otellərin siyahısından həm turizm şirkətlərinə müraciət edən, həm də fərdi şəkildə səyahətə hazırlaşanların yararlana biləcəklərini deyib.



































































































