Məhkəmə qərarının olmasına baxmayaraq Sverdlovsk dövlət əmlakının idarə olunması nazirliyi Yekatrenburqda Osnovskiy parkında xa0Azərbaycan evinin tikintisinə hər vəchlə maneçilik törədir.
Moderator.az rus mediasına istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Almaz Şıxlınskaya bu ərazidə tikinti işlərinə imkan verilmədiyindən o məhkəməyə müraciət edib və məhkəmə onun xeyrinə qərar çıxarıb. Buna baxmayaraq adı çəkilən nazirlik xa0parkda xa0tikinti işlərinin xa0aparılmasına mane olub və nazirlik ilk məhkəmə instansiyasının qərarının ləğv olunması ilə bağlı apellaysiya məhkəməsinə müraciət edib. Apelyasiya məhkməsi də xa0ilk məhkəmə qərarını qüvvədə saxlayaraq azərbaycanlı iş adamının xeyrinə qərar çıxarıb.xa0
Nazirlik apellyasiya məhkəməsinin qərarına əhəmiyyət vermədiyindən xa0Arbitraj Məhkəməsinə müraciət edilib və Arbitraj məhkəməsi də öz növbəsində Azərbaycan evinin tikilməsi barədə qərar çıxarıb. Arbitraj məhkəməsinin qərarından sonra azərbaycanlı iş adamı Almaz şıxlinskaya qərarında israrlıdır və yaxın vaxtlarda tikinti işlərinə başlamaq niyyətindədir.




































































































