Şəhriyarşünas
alim, tanınmış ziyalı, araşdırmaçı-yazar Xalidə Xalid Moderator.az-a
açıqlamasında qondarma Dağlıq Qarabağ respublikası prezidentinin mətbuat katibi
David Babayanın son bəyanatına münasibət
bildirib. Tanınmış ziyalının sözügedən açıqlamasını oxuculara təqdim edirik:
"Azərbaycan torpaqlarının iyirmi faizini işğal etmış Ermənistan və ermənilərin quyruq bulayanları Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun bu günkü uğurlarını görüb, qorxuya düşür və bizə qarşı mübarizədə bütün iyrənc vasitələrdən istifadə etməkdən çəkinmirlər.
Zəif gücə,
nizamsız orduya sahib olan Ermənistan Azərbaycanın hər an vuruşaraq, öz
torpaqlarını azad edəcəyindən yaman qorxuya düşüb.
Elə ona görə də hər gecə bir yuxu görüb, səhəri də o
yuxunu gercəkləşdirməyə çalışırlar. Amma, öz yuxularının yozumu da elə özlərinə
qalır.
Ermənistan və qondarma Qarabağ respublikasının
qaniçən, cinayətkar, hakimiyyəti Azərbaycan prezidentinin rəhbərliyi ilə Müdafə
naziri general-polkovnik Zakir Həsənovun
torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində apardıqları məqsədyönlü
fəaliyyətdən əməllicə təşvişə düşdükləri aydın görünür.
Qondarma respublika prezidentinin mətbuat katibi David
Babayan bu qorxunu bir neçə gün öncə Tert.am saytına verdiyi açıqlamasında bir daha sübut edib.
David Babayan Azərbaycan
Müdafiə nazirinin “ Azərbaycan əsgərləri gecə-gündüz hər imkandan istifadə
edərək düşməni məhv etməlidirlər, elə olmaldır ki, onlar həmişə qorxu
içərisində yaşasınlar”x9d fikrini dilə gətirərək daha sonra deyib ki, Azərbaycanın
Müdafiə naziri öz əsgərləri qarşısında Azərbaycanın tarixi torpaqları olan
İrəvan, Zəngəzur, Şuşa və Xankəndinin azad olunacağını da bəyan etdiyini
vurğulayıb. Onu da qeyd edim ki, öz erməni xislətinə sadiq qalan Babayan bu yerlərin
adını və azad olunma kəlmələrini dırnaq arasında yazıb. Amma nə etsədə faydası
yoxdur çünkü Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərərfindən tanınıb və
yer adları beynəlxalq aləmdə qəbul edilib.
Sadəcə olaraq Babayan o qədər qorxuya düşüb ki, bu bəyanata ATƏT, BMT və digər beynəlxalq təşkilatların,
insan haqları məhkəməsinin cavab verməsini “tələb”x9d edib.
Qəddar, qaniçən, körpə cəlladının düz dediyi bircə
fikir var “Faşizm həm də patologiyadır.”x9d
Çox “maraqlı”x9d yanaşmadı “cənab”x9d Babayan tərəfindən.
Amma Babayanın
qalan fikirləri ancaq gülüş, eyni zamanda ikrah hissi doğurur. Amansızlıqda
faşistləri də geridə qoyan ermənilərə münasibət başqa cür də ola bilməz mənim
fikrimcə.
Təbii ki Azərbaycan Ordusunun gücünü, Azərbaycan Ordusunun son iki ildə düşmən
mövqelərinə vurduğu zərbələri rahatlıqla həzm etmək bu nankorların işi deyil. Tarix
boyu bunlar özlərini məzlum, yazıq, günahsız millət kimi dünyaya sırımağa
çalışıblar.
Ama əslində bu necədir?
Təkrar da olsa, uzaq deyil, yaxın keçmişə nəzər salaq:
Zori Balayan “Ruhumuzun dirçəlişi”x9d adlı
kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında
yazır:
“Biz Xaçaturla ələ keçirdiyimiz evə
girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar.
Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü
onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və
qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək
dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk
uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə
atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz
vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr
duyacaq”x9d.
Baxın, heç faşistlərin belə törətmədikləri cinayətləri
törədən bir vəhşi soydaşı, bir yazıçısı
olan erməni sözçüsü, öz adını kimə qoymaq istəyir?!
Son 3-4 gün ərzində erməni mətbuatı
özünü dünyaya məzlum millət kimi təqdimetmə kampaniyasına yenidən başlayıb. Tarixə
nəzər salsaq görürük ki, bu həmişə
ermənilərin ən rahat qələbə qazanmaq siyasəti olub. D.Balayanın müsahibəsini
oxuduqca insan həqiqətən ermənilərin mənfur olduqları qədər də, hiyləgər, riyakar olduqlarının da dönə-dönə
şahidi olur.
Cəbhə bögəsində guya ilkin zərbələrin
Azərbaycan ordusu tərəfindən vurulması, günahsız erməni əsgərlərinin həlak
olması, azərbaycanlıların hər gün onların tutduqları istiqamətləri top atəşinə
tutmaqları barədə gülünc fikirlər söyləməkdən çəkinmir bu adam.
Cənab nazirimizin bu fikrinə istinadən edərək daha
sonra deyir ki, əgər Azərbaycan dövləti bu fikri dəstəkləməsəydi, nazir də
cəsarətlə belə bəyanat verməzdi. Təbiidir. Başqa nə deməlidir, bu gün iflas
olmuş iqtisadiyyata, gücdən duşmuş, intizamsız orduya, bir milyondan çox
ac-yalavac əhaliyə malik olan “Böyük
Ermənistan”x9dın və qondarma Qarabağın
sözçüsü?!
Azərbaycan Dövləti, Azəbaycan Ordusu güclənir. Bu
proses hər gün daha inamla,daha uğurla davam edir. Bu gün Azərbaycan Ordusu
yüksək silah növlərinə, hərbi-texniki bazaya, nizamlı və səviyyəli əsgər və
zabit heyətinə malikdir.
Bütün bunlarsa düşmən tərəfi qane etmir və
beləliklə də onlar bacardıqları qədər Azərbaycanı dünya səviyyəsində media mübarizəsi
ilə, yalançı, şişirtmə illüziyalarla gözdən salmağa çalışırlar. Amma, bütün
bunlarla ermənilər heç nə əldə edə bilməyəcəklər. Çünkü artıq tək bizə yox,
bütün dünyaya ermənilərin iç üzü bəllıdir.
Sonda yenə qayıdaq Babayanın fikrinə. O düz deyir, erməni xisləti, “Böyük
Ermənistan”x9d ideyası, işğalçılıq siyasəti və faşızm təhlükəli bir xəstəlikdir.
Ya ermənistanın cinayətkar rəhbərliyi bu xəstəlikdən könüllü, havadarlarının
köməyi ilə müalicə olunmalıdır, ya da ki Azərbaycan Ordusunun gücünü, qüdrətini
dadaraq mənfur xəstəliklərindən
sağalacaqdır".
PS.
Azərbaycanın Müdafə naziri tez-tez çıxışlarında erməni əsgərlərinə, erməni
analarına müraciət edərək bildirir ki, bu mənasız işdən, sərsərı ideyadan əl
cəksinlər, silahı yerə qoyub təslim olsunlar, işğal etdikləri əraizlərdən
çəkilsinlər. Çünkü artıq Azərbaycan ordusu və onun əsgəri intizamlı, əvvəlÂxadkinÂxaddən
daha mükəmməl hazırlıqlı, daha yüksək təminatlı, daha yüksək texniki və hərbi
gücə malıkdir. Odur ki, torpaqlarımızı azad etmək etmək üçün düşmənə
endirəcəyimiz zərbə də daha sarsıdıcı
olacaq və bunun da əzabını bütün erməni xalqı çəkəcəkdir. Amma hələ də gec
deyil, erməni valideyinlər öz öladlarını xilas edə bilərlər. Öz övladlarını mənasız
ölümə yollamamaqla, işğalın sona çatmasına imkan və şərait yaradaraq.































































































