Bakı metrosunun yeni qatarları gəldi - FOTO

Hazırda oxunan: Bakı metrosunun yeni qatarları gəldi - FOTO

73623
Bakı metropoliteni yeni qatarlar alıb. ANS PRESS-in sdelanounas.ru saytına istinadən verdiyi məlumata görə, Rusiyada istehsal edilən qatarlar artıq Azərbaycana göndərilib; Metrovaqonmaş Bakı metropoliteninə 2 qatar göndərdi" .

Rusiyanın “Transmaşholdinq”x9d QSC-nin tərkibinə daxil olan “Metrovaqonmaş”x9d ASC "Bakı Metropoliteni" QSC-yə 81−760B/761B/763B tipli vaqonlardan ibarət yeni tipli elektrik qatarlarının göndərilməsinə başlayıb.xa0

Hər biri 5 vaqondan ibarət 2 qatar mart ayında Azərbaycana göndərilib, daha bir qatarın isə apreldə tədarük edilməsi planlaşdırılır.

Bakı Metropoliteni ilə bağlanmış müqaviləyə əsasən, metropoliten hərəsi 5 vaqondan ibarət 3 qatar alacaq. Yeni qatarların Bakı Metropoliteninin üçüncü xəttinə buraxılması nəzərdə tutulub.





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin