Qənirə Paşayeva Əlibəylidəki partlayışın nəticələrinə aydınlıq gətirdi

Hazırda oxunan: Qənirə Paşayeva Əlibəylidəki partlayışın nəticələrinə aydınlıq gətirdi

73531
Bir az öncə millət vəkili Qənirə Paşayeva Tovuzun Əlibəyli kəndində bədbəxt hadisə ilə üzləşmiş Şirinovlar ailəsi ilə bağlı son durumu Moderator.az-a aşağıdakı kimi anlatdı:

"Bir az əvvəl Əlibəylidə evində partlayış nəticəsində yaralanmış Atlaz Şirinova bacımız və həyat yoldaşı Vahid Şirinov qardaşımızın həkimləri, rayonun baş həkimi Paşa həkim, müavini Mahirə xanımla təkrar danışdım. Çox şükr, vəziyyətləri yaxşıdır. Atlas xanımın budundan aldığı qəlpə yarası əməliyyat olunub və vəziyyəti Allahın və həkimlərimizin yardımı ilə yaxşılığa doğru dəyişir. Bir az əvvəl özü ilə danışdım, "keçmiş olsun" diləklərimi çatdırdım və inşallah qısa zamanda sağalıb sevdiklərinin yanına evinə dönəcəyimi söylədim. Allaha çox şükr, daha ağır faciələr yaşanmayıb. Atlas xanımın həyat yoldaşı Vahid bəylə də danışdım. Çox şükr, ağır yaralanmayıb. Yüngül qəlpə yaraları həkimlərimizin yardımı ilə sağalacaq. Ailəyə tez bir zamanda yardımları üçün rayon xəstəxanasında həkimlərimizə təşəkkür edirəm. Allah Şirinovlar ailəsini və bütün ailələrimizi belə faciələrdən qorusun."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin