"Müsəlman Birliyi Hərəkatı" bəyanat yaydı...

Hazırda oxunan: "Müsəlman Birliyi Hərəkatı" bəyanat yaydı...

73417
Səudiyyə Ərəbistanının Azərbaycandakı səlahiyyətli səfiri cənab Musaid bin İbrahim bin Abdullah Əl-Səlimə “Müsəlman Birliyi Hərəkatı”x9d tərəfindən bəyanat ünvanlanıb.

"Müsəlman Birliyi Hərəkatı" Mətbuat xidmətindən Moderator.az - a verilən məlumata görə bəyanatda deyilir:

 “Dünya ölkələri sülh və əminəmanlıq şəraitində yaşamaq hüququna malik olması dünya səviyyəli təşkilatların bəşəriyyətə təqdim etdiyi hüquq konvensiyalarının əsas hissəsini təşkil etməsi heç kəsə gizlin deyil. Bu bu günün İnsan Hüquqları adından çıxış edən İnsan Haqları təşkilatının da əsas təqdim etdiyi prinsiplərində öz əksini tapıb. Bunula yanaşı dünya hüquq toplumunda dövlətin mənbəyini təşkil edən xalqların seçim və istəklərini tərənnüm edən hakimiyyətlərin mövcudluğu siz Səudiyyə Dövlətinin yenə də narahatlıq ünvanı olmaqdadır. Heç bir hüquq və konsepsiyalara sığmayan Yəmənin hakimiyyət, dövlətdaxili seçimə kobud müdaxilə ilə Sədduyyə Rejimi bir daha öz irtica siyasətini sərgiləməyə davam etməsini heç kəsdən gizlin saxlamır. Bir neçə il öncə Bəhreyn xalqna qarşı soyqırımına qalxan Səduyyə hakimiyyəti bu gün Yəmən torpaqlarına hücumu seçimi xalqa aid olan hakimiyyət seçmək hüququna kobud müdaxilə etməsini sərgiləyir. Xalqın istəyi ilə hakimiyyəti ələ alan Husilərə qarşı qalxan bu rejim heç bir konvensiyaya məhəl qoymadan dinc əhalinin yaşamaq hüququnu əlindən alaraq onları qətlə yetirməkdədir. Maraqlısı odur ki, bir neçə il öncə Misirdə zorla hakimiyyəti ələ keçirən General Sisinin qanunsuz, bütün xalqın istəklərinin əksinə oaraq hakimiyyəti ələ keçirməsi bu rejm tərəfdarları və bu qan içən siyasətdə onlara müttəfiq olan dövlətləri bir anlıq olsun belə narahat etməmişdi. İndi Xalqın əksər kütləsinin seçiminə kobud müdaxilə edərək müstəqil bir dövlətin ərazi bütövlüyünə, dinc əhalinin ölümünə səbəb olan bu addımlar yenə də Səduyyə Ərəbistanə tərəfindən icra olunur və dünyanın yalançı sülh təminatçıları da bu işdə onlara dəstək verməkdədir. Biz, torpaqlarının 20 faizi işğalçı Erməni rejmi tərəfindən zorla ələ keçirilən və dünya ölkələrinin bu haqsızlığa susmasının acısını yaşayan bir xalq kimi bu siyasətin arxasında duran maraqları çox gözəl anlayır, sizin vasitənizlə təqdim etdiyiniz dövlət olan Səudiyyə Ərəbistanına qısa bir zamanda Yəmən qətliamına son verməyə çağırırıq”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin