Bir neçə il bundan öncə Aleksandr Soljenitsının “Yalansız yaşamaq”x9d essesini oxuyanda çox təsirlənmişdim. Çox səmimi yazmışdı. Oxuduqca bəzən elə düşünürdüm ki, Soljenitsin 1988-ci ildə meydan hərəkatında olub, sonradan it yiyəsini tanımayan bir dövr gələndə kənara çəkilib müşahidə etmək məcburiyyətində qalıb. Tez-tez həmin esseni xatırlayıram, çox doğma gəlir o mənzərə...O dərəcədə doğmadır ki, sanki Soljenitsin qulağıma Şamaxı ləhcəsində pıçıldayır. Özümə sual verirəm. Görəsən bizi parçalayan, xırdalayan, zərrələrə çevirən nədir? Soljenitsinin qeyd etdiyi kimi, bizi saymırlar, bizimlə hesablaşmırlar. Bizi istəyəndə həbs edirlər, şərləyirlər, döyürlər, ölkədən didərgin salırlar. Özləri nə istəsələr onu da edirlər. Qanunu dəyişirlər, konstitusiyada istədikləri hoqqanı durğuzurlar, büdcəni talayırlar, insanları evindən çölə atıb evlərini viran qoyurlar. Hələ bütün bunlar azmış kimi, xalqı ələ də salırlar. Ziyalılarımızı sirkdə ayıya bir şokolad verib motosikl sürməyi öyrədən kimi yaltaqlığa, riyakarlığa, məddahlığa öyrədirlər. Sanki bir gəmidəyik. Elə bir gəmi ki, kapitanı və köməkçilərinin əynində xilasedici jiletləri var. Gəmini batırmaqdan zövq alırlar. Onlar gəmini ilk tərk edən siçovullara bənzəyirlər.Gəminin batmasını hiss edən kimi, qaçacaqlar. Hələ ki, bizim taleyimizlə oynayırlar...
Ölkədə son illərdə böyük ətalət var. Sosial ədalətsizlik
hər gün özünü faciələrlə biruzə verir. Bu faciələrin hamımız şahidi oluruq.
Lal-dinməz şahidi. Kimi intihar edir, kimi öz ailə üzvünü qətlə yetirir...amma
biz belə hadisənin şahidi olanda, ən yaxşı halda tez cibimizdən mobil telefonu
çıxarıb videosunu çəkirik. Axşam olan kimi həmin videonu sosial şəbəkədə
paylaşıb, “klaviatura Rembo”x9dlarına virtual əzələ nümayiş etdirmək üçün geniş cəbhə
veririk. KİV də bu müharibəni öz səhifələrində geniş işıqlandırır, hətta manşet
edir. Yaxşı, həzərat bu xəstəliyin, bu psixoz durumuna hardan yoluxduq? Necə
oldu ki, belə ağır mərəzə düçar olduq? Hamımız danışırıq, hamımız deyinirik. Hətta
o dərəcədə deyinirik ki, bəzən məhəllədə oturub bütün dünya problemlərini “HD
qeybət”x9d formatında canlandıran qoca dul nənələri xatırladırıq. Xəstəliyin
haqqında danışmaqla ondan qurtulmaq mümkün deyil, onun törənmə, yaranma səbəbini
bilmək lazımdır. Hakimiyyət haqqında ümimiyyətlə danışmaq istəmirəm. Onlarla hər
şey aydındı. Onların hər şeyi var, hətta şəxsiyyət vəsiqələri də var. Amma o şəxsiyyət
vəsiqələrinin sahiblərinin çox təəsüflər olsun ki, şəxsiyyətləri yoxdur. Şəxsiyyətləri
olsaydı, ən azından hər qarışı qızıl olan Azərbaycanın vətəndaşlarının 30-40 % əmək
miqrantı kimi dünyanın müxtəlif ölkələrinə səpələnməzdi. Bizi idarə edənlər
bizdən deyillərsə, bəs bizim özümüzə nə olub? Ölkə müxalifəti iflic vəziyyətindədir.
İctimai Palatanı, ictimai palatkaya çevirdilər. Sonra Milli Şura
yarandı...sevindik, düşündük ki, Milli Şura bizim xilasımız olacaq. Ən azından
ölkədə hakimiyyəti dəyişə bilməsə də islahatlara getməyə məcbur edəcək. Nəticəsi
nə oldu? Milli Şuraya gələnlər kufəlilər kimi gecə tonqallar sönəndən sonra
getdilər. Günəş doğanda isə ortada qalan bir neçə ziyalı və başıbəlalı, mitinqdə
döyülməkdən bədənləri Bryus Lee-nin bədənindən də möhkəm olan vətəndaşlar
qaldı. Müxalifətin birləşməsinə kimlər mane oldu? İsa Qəmbər? Əli Kərimli? Eldəniz
Quliyev? Cəmil Həsənli? Bəlkə Rüstəm İbrahimbəyov? ”“ Xeyr, bu adlarını
sadaladığım insanlar diqqət yayındırmaq üçün hakimiyyətin təbliğat maşınının ən
böyük hədəfləridir. Onların özlərinin də xəbəri olmadı ki, nə oldu və nələr baş
verdi. İctimai Palatanın “bərkgedən”x9d vaxtında Xaliq Bahadır deyəndə ki, İctimai
Palata agentura şəbəkəsidir, kişini az qaldılar topa qoyub atsınlar. Onu
ümumiyyətlə həmin qurumdan uzaqlaşdırmaq istədilər. Bəhanələri də bu oldu ki,
davakardır. Bəli, düz sözü bizim riyakar cəmiyyət həzm edə bilməz. Xaliq
Bahadır bir az acı danışandı, sözü sərt deyəndi. Amma riyakarlıqdan uzaq
adamdı, hər şeyi öz rəngində adlandırır, bayrağında bir rəng var...
Bizim cəmiyyətimizdə
bütün parçalanmaların tək bir səbəbi var. O səbəb də bizim cəmiyyətin arasında
hakimiyyətin çox düşünülmüş və tədbirli şəkildə həyata keçirdiyi atomizasiya
prossesinin getməsidir. İnsanları bir-birindən ayırma, bütün cəm olmuş qüvvələri
ayrı-ayrı şəxslərin vasitəsi ilə parçalama, hücrələşdirmə baş verdi. O hücrələşdirmə
o həddə çatdı ki, insanlar bir-birinə inamını itirdi. Biri digərinin yanında hər
hansısa bir problem və ya planları haqqında danışmağa cürət etmədi. Gör nə dərəcədə
dəhşətli bir faciə içərisindəyik ki, ölkəni tərk etmək məcburiyyətində qalan
insanlar, silahdaşlar, sığınacaq üçün müraciət etdikləri ölkəni başqalarından
gizlətmək məcburiyyətində qalıblar. Çünki həmin ölkənin miqrasiya xidmətinə
donos yazıla bilər. Hücrələşdirmə nəticəsində qüvvələr parçalandı. Əgər iki
insan birlikdə hər hansısa bir uğurlu addım ata bilərdilərsə, atomizasiya
prossesinin virusunu cəmiyyətdə yayanlar birindən o birinə, o birindənsə bu
birinə yanlış informasiyalar verdi. Və nəticədə hər iksi də eyni səngərdə olmaq
əvəzinə, özünü səngər yoldaşının donosundan, təhlükəsindən qoruyurmuş kimi
“ağıllı”x9d addım atıb özü üçün yeni bir səngər qazmağa başladı. Amma anlamadı ki,
o səngər deyil, özü üçün gor qazır. Səngəri qazıb bitirənə kimi özü də ömrünü
bitirəcək. Bu projeni hazırlayanlar da öz uğurlarına baxıb həzz aldılar.
Onların projesini həyata keçirənləri mükafatlandırdılar, hələ başlarına bir
sığal da çəkdilər. Nəticədə yenə ortada qalan, hüquqları kimi şərəfi də
tapdanan xalq oldu. Günü gündən öz aktivini itirən isə müxalifəti isə mitinq edərkən
kimsə öz quşunu göyə buraxıb “quş uçuşundan foto”x9dsunu çəkdi ki, mitinqi lap
cılız görsünlər. Kimlərdir bu atomizasiyanın icraçıları. Cinlər padşahı
Riqşadın sadiq qulları hansı texnologiyaları tətbiq edirlər ki, Qərib öz ölkəsində
qərib düşür? İlk növbədə KİV-lər, KİV rəhbərləri,
həmin KİV-də yazan bir qarın bozbaşa öz dədəsini də yıxıb sürüyən yazarlar. Onlar
xalqa yuxarıdan aşağı baxdı. Aşağıladı, əksiltdi, təhqir etdi, dəyərlərini köhnəlik
kimi cəmiyyətə sırıdı. Azərbaycan xalqının qulağına dözümül xalq “birka”x9dsını
vurdu. Xeyir yazar əfəndilər, belə deyil. Azərbaycan xalqı sizin ananızdan fərqli
olaraq dözümlü deyil ki, sizi əkən o yaramaza bütün ömrü böyu dözsün və nəticədə
sizin kimi düşük doğub törəsin. Bir gün bu xalq öz sözünü deyəcək, özünə
yaraşan cəmiyyətini quracaq. Analar yenidən Babəklər, Mirzə Cəlillər, Sabirlər,
Cavidlər, Əhməd Cavadlar doğacaq...
Bu 23 ildə qrantları həzm
rabedən keçirən vətəndaş cəmiyyətinin nümayəndələrinin bir qismi. Onlar o qədər
harınladılar, o qədər gözləri qızdı ki, hətta bir-birini də hücrələməyə
qalxdılar. Aralarında nifaq düşdü. Bir redaktorun layihə yazıb qrant alaraq
düşdüyü ağır durumdan çıxmasından xəbər tutan kimi tez o biri redaktor öz qələmini
“işə saldı”x9d. Bu QHT rəhbəri o biri QHT rəhbərinə kompramat topladı. Maliyyə
ayıracaq fonda tez yazmağa başladı ki, sizin maliyyələşdirmək istədiyiniz layihənin
rəhbəri Azərbaycan hakimiyyətinə işləyir. Axı bu da narkomaniya kimi bir bəladı.
Adamlar yazmasa, mərdimazarçılıq etməsələr özlərini çox piss hiss edirlər. Təki
boş durmasınlar yazsınlar. MTN, DİN-ə, German Marshal Fonduna, ABŞ səfirliyinə...təki
yazsınlar. Həm də axı eqo deyilən bir zad var. Hər biri özü özlüyündə ən böyük
olmaq istəyir. Tutulan tutuldu, vurulan vuruldu, sıradan çıxardılan çıxdı. İndi
necə deyərlər dədəm öləydi ev böyüyü özüm olaydım məsəlindəki kimi. Hələ öz
başlarına özləri xislətdə olan bir sürü cızma qara, bayağı yazarları da
topladılar. Özləri özlərini “elita”x9d elan etdilər. Özləri özlərini nəinki Azərbaycan,
hətta dünya ictimayyəti qarşısında da “fədakar qəhrəman”x9d kimi qələmə verib,
başlqlarının qələmlərini qırdılar. Balaca uğur qazananları gözümçıxdıya
saldılar. Ətraflarında qara buludlar yaratmağa, miflər uydurmağa başladılar. Və
beləliklə bizim xəstə cəmiyyətimizi də öz xəslətiklərinə o dərəcədə
yoluxdurdular ki, ət kombinatına üçüncü sort kimi rüşvətlə verilən qotur danaya
bənzər məxluqlar da özlərini vacib persona hiss etməyə başladılar. Ay məni izləyirlər,
ay mənə qarşı sui-qəsd hazırlanır və s. Cem Yılmaz demişkən az qalırlar desinlər
ki, “CİA benim peşimde”x9d ”“ CİA nə yapacaq senin o boklu hesabına?”x9d ”“ Harda cəsarətli
insanlar varsa onlara şər atdılar, böhtanlar yağdırdılar. Hakimiyyətin layihələrini
icra edib, həyata keçirib pul qazananları az qaldılar ki, Vaslav Havel və ya
Nelson Mandella elan etsinlər. Kimdi bunlar? Məqsədləri nədir? Hansı dinə,
hansı məssəbə, hansı əqidəyə qulluq edirlər? Bu suallardan çox suallar doğur.
Necə oldu ki, İsmayıllı hadisələrindən 5 gün sonra ora gedən İlqar Məmmədov və
Tofiq Yaqublu həbs olundu? Amma ölkədə baş verən çox qaynar prosseslərin
birbaşa episentrində olanlar, suda quru aydan duru çıxdılar? Bakıda ürəkləri uf
demədi hələ bir Naxçıvanda hər gün həyatını risqə atan Məlahət və İlqar Nəsibovlar
haqqında da “əfsanə”x9d uydurmağa başladılar? Axı bu o İlqar Nəsibovdur ki, öz ofisində
qanına qəltan edildi, kəfəni yırtıb həyatda qaldı. Amma “əfsanə”x9d uyduranların
isə burnu da qanamadı. Bu yaxınlarda Azərbaycanda vaxtilə hüquq-mühafizə
orqanlarında çalışmış, lakin ölkəni tərk etmək məcburiyyətində qalmış bir
mühacirlə danışırdım. Həmin mühacirlə bu mövzu ətrafında disskusiyamız oldu. O
mənə bir məsələdə aydınlıq gətirdi. Onun dedikləri məni çox düşündürdü.
Hal-hazırda həmin şəxsə qarşı cinayət işi açıldığı üçün onun kimliyini burda
yazmıram. Amma onun dediyi məsələdən həddindən artıq narahat olan, hücrələşdirmə
veteranı, atomizasiya prossesinin “nəməkdar xadimləri”x9d çox narahat olarlarsa,
müraciət edə bilərlər. Onsuz da onlardan gizlin heç bir sirr yoxdur. İstədikləri
vaxt yazışmalarımızı da əldə edə bilirlər, oxuya da bilirlər. Onları həmin şəxsə
yönəldə bilərəm. Daha detallı özü “nəməkdar xadim”x9dlərə izah edə bilər. Qeyd
etdi ki, MTN və DİN-nin 001 saylı əmri var. Əmrin adı cınayətkarlıqla mübarizə
istiqamətində məxfi şəxslərin cəlb edilməsi və konsperativ mənzillərin
saxlanması haqqında tam məxfi bir əmrdir. Həmin 001 saylı əmrə əsasən əməkdaşlığa
cəlb olunan agentə izah edilməlidir ki, özünü ifşa etməmək üçün hər cür yola əl
atmalıdır. Hətta ondan şübhələnəcək şəxsləri agent adlandıraraq şübhələri özündən
uzaqlaşdırmalıdır. Bizim hal-hazırkı ictimai sektorda məsələ tək MTN və DİN ilə
bitmir. Ortada ən böyük rol oynayan Ramiz Mehdiyevin agentura şəbəkəsi də var. Amma
çox şükür ki, son bir neçə ayda sahiblərinin ortadan yox olması ucbatından öz
başçısını itirib roninə çevrilmiş samurayları xatırladırlar. Bilmirlər əmrləri
kimnən alsınlar, hesabatlarını kimə versinlər. Bu o şəxslərdir ki, həmin ekipə
qəbul olunanda hesablarına böyük məbləğdə pul yatızdırıldı. Böyük ehtimal ki,
bank hesbları kiminin anasının, kiminin atasının, kimininsə bacısının
qardaşının adına idi. Həmin pullar vasitəsi ilə özlərinə qlamur immici
yaratdılar, kardinalın KİV-də olan yırtıcı canavarları vasitəsi ilə böyük PR
kampaniyaları aparıldı və bu gün bütün ictimayyəti öz nəfəsləri ilə zəhərləyirlər.
Bu zəhərdən qurtlumağın yeganə yolu, həmin çuğulların viruslarına qarşı peyvənd
olunmaqdır. O peyvəndin isə cövhəri riyakarlıqdan, eqodan uzaq olub, cəsarət
toplamaqdır. Hər bir kəsə addığı atdım, gördüyü işinə görə dəyər vermək
lazımdır. Əgər bunu etməyi bacarsaq Soljinitsinin dediyi kimi “biz minlərlə
olacağıq”x9d, biz minlərlə olsaq on minlərlə insanlar ətrafımızda toplaşacaq. Ona
minlərlə olsaq, arxamıza yüz minlərlə insanları apara biləcəyik. Yox əgər bunu
da bacarmasaq...elə bu yazını da Soljinitsinin “Yalansız yaşamaq”x9d essesini
bitirdiyi kimi bitirirəm... Puşkinin lənətinə tuş gələcəyik...
Azadlıq sürünün nəyinə gərək?
Nəsildən-nəsilə onun qisməti
Noxtadır, qamçıdır, bir də dəyənək.
Laçın Məmişov
































































































