“Öz neftimizi emal edib özümüzə 10 qat baha satırlar”x9d

Hazırda oxunan: “Öz neftimizi emal edib özümüzə 10 qat baha satırlar”x9d

72568
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin sabahkı iclasında iştirak etsəydi hökumət üzvləri qarşısında aşağıdakı fikirləri bildirəcəkdi.

Moderator.az millət vəkilinin həmin fikirlərini təqdim edir:

"Ola bilsin ailə vəziyyəti ilə əlaqədar parlamentin 17 mart iclasında iştirak edə bilməyim. Amma hesab edirəm ki, hal-hazırda ən ciddi və önəmli məsələ beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi şəxslərin azad olunmasıdır ki, Azərbaycana qarşı təzyiqlər aradan qaldırılsın. Bundan əlavə sözsüz ki, ölkədəki iqtisadi durumla bağlı fikir bildirəcəkdim. Mən ilk növbədə iqtisadi vəziyyətin köklü şəkildə yaxşılaşdırılması üçün düşünürəm ki, ölkədə ciddi özəlləşdirməyə gedilməlidir. Mütləq dövlətin çiynində ağır yükə çevrilmiş iri müəssisələr, səhmdar cəmiyyətlər özəlləşdirilməlidir. Nəhayət ki, neft pullarından ən azı 2 milyard manat gətirilərək banklarda yerləşdirilməlidir ki, həm son devalvasiyadan sonra ağır vəziyyətə düşən banklar gərginlikdən qurtulsun, həm də sahibkarlar ucuz kreditlər əldə etsinlər ki, vəziyyətdən çıxa bilsinlər. Özəlləşdirməyə çıxarılacaq iri müəssisələrə də güzəştli qiymətlərlə kreditlər verilsin ki, onlar da yeni texnologiyalar alıb gətirsinlər. Bilirsiniz, nəhayət vaxtı çatıb ki, ölkədə xarici bazara çıxarılacaq rəqabətə davamlı kütləvi istehsal müəssisələrinin yaradılmasına başlanılsın. Xatırlayırsınızsa vaxitlə bölgələrdə-Zaqatalada, Qəbələdə, Lənkəranda, Yevlaxda hava limanları tikiləndə mən söyləmişdim ki, axı Azərbaycan kimi balaca ölkənin bu qədər aeroportuna nə ehtiyac var? Demişdim ki, Lənkəranda aeroport tikmək əvəzinə həmin pula orada gedib bir velosiped zavodu tikmək lazımdır. Təsəvvür edin, ildə Azərbaycana 100 minlərlə keyfiyyətsiz velosiped idxal edilir və uşaqlar iki həftə sürdükdən sonra tamamalilə yararsız hala düşür. Hər il Azərbaycanda 100 mindən artıq uşaq məktəbə gedir. Uşaqlarının sağlamlığı üçün də imkanlı olub-olmamasından asılı olmayaraq valideynlər çalışırlar ki, hərəsi bir velosiped alsınlar. Yaxud biz xaricə qoz-fındıq satırıq. Zaqatala aeroportunun əvəzinə “Snikers”x9d, “Mars”x9d kimi fındıqlı şokaladlar istehsal edən qənnadı fabriki tikmək olardı. Bu günsə biz o məhsulları baha qiymətə xaricdən idxal edirik. Yəni daha çox insanın işləyəcəyi böyük bir fabrik tikmək olardı, bölgə sakinləri də işləyib ailələrini dolandırardı. Görürsünüz ki, istehlak mallarının böyük bir hissəsi xaricdən gətirilir. Yaxud xaricdə yatırılan sərmayələrimizlə bağlı vəziyyət ürəkaçan deyil. Təbii, mən də bilirəm ki, biz məcburiyyətdən gedib Türkiyədə o boyda xərc hesabına nəhəng neft-kimya kompleksi yaratdıq. Mən də dəfələrlə məsələ qaldırmışdım ki, bu kompleks İzmirdə deyil, Səngəçalda tikilməliydi. Baxın, biz mühərrik yağlarını hansı qiymətə alırıq, yəni öz neftimizi emal edib özümüzə 10 qat baha satırlar. Hansı ki, bizdə bu sahə üzrə peşəkar mütəxəssislər ordusu var. Tutaq ki, kənd təsərrüfatı ölkəsi olduğumuzu deyirlər. Amma gəlin razılaşaq ki, nə qədər sərmayə qoyulsa da Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək çətindir və bu torpaqlar heç vaxt ölkəni dolandıra bilməz. Çünki ölkəmizin kifayət edəcək qədər münbit torpağı yoxdur. İqlim şəraiti də buna imkna vermir və nəticədə kənd təsərrüfatı məhsulları çox baha başa gəlir. Bu məhsulları xaricdən idxal etmək daha sərfəlidir, nəinki onu burda yetişdirmək. Amma kimya sənayesini inkişaf etdirmək çox asandır. Biz maşınqayırma sənayesini də inkişaf etdirə bilərdik ki, heç olmasa ölkənin kənd təsərrüfatı texnikasını özümüz təmin edə bilək. Biz minik maşınları istehsal edə bilərdik və hələ də gec deyil. Bunların hamısını mən dəfələrlə hökumətin qarşısında və parlamentin tribunasından səslənmdirmişəm ki, bizim neft pulları təkcə abadlıq işlərinə sərf olunmamalıdır. Amma neft pullarının böyük bir hissəsi abadlığa, infrastrukturun qurulmasına getdi. Axı bir neçə ildən sonra həmin obyektlərin təmirinə külli miqdarda pul lazım olanda hökumət çətin duruma düşəcək. Mən vaxtilə Lənkərana gedəndə oradakı olimpiya kompleksinin acınacaqlı durumuna baxıb heyrətləndim. Hər tərəf uçub-tökülüb, çürüyüb dağılır. Hətta ötən prezident seçkiləri ərəfəsində televiziyadakı çıxışımda da bunu dedim. Yəni mən o vaxt da deyirdim ki, bu olimpiya və ya müalicə-diaqnostika komplekslərini dövlət tikincə onları sahibkarların tikməsinə imkan yaradılmalıydı. Sahibkar da əziyyət və xərc hesabına tikdiyi kompleksləri göz bəbəyi kimi qoruyardı. Sahibkar tiksəydi bundan 5 qat ucuz başa gələcəkdi. Yəni dövlət neft pullarını investisiya kimi qoymaq əvəzinə həmin pulları banklara qoyaraq kredit kimi sahibkarlara verməliydi, nəticədə dövlət də qazanardı, sahibkar da. Hesab edirəm ki, yenə də gec deyil və bu gün də bu işlərə başlamaq olar.”x9d    
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin