Milliyətçi Demokrat Partiyasının qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri Qələndər Muxtarlı Moderator.az-a açıqlamasında bildirib ki, 15 Mart Milli Şuranın təşkilatçılığı ilə keçirilən mitinq müxalifətin son zamanlar keçirdiyi ən güclü və möhtəşəm etiraz aksiyası idi:
"Əvvala, müxalifət adına iddia edib hakimiyyətlə işbirliyində olan, hətta "Səs", "Yeni Azərbaycan ", "Lider" Televiziyasının belə özünə rəva bilmədiyi, qıymadığı böhtanları günəmuzd ödəniş müqabilində "of" demədən milli düşərgənin təmsilçilərinə qıyan, onlara böhtan atan "dostlarımız" da bu möhtəşəm əzəmət qarşısında susdular, ona iftira ata bilmədilər. Çünki bu gün iqtidar üçün ən narahat məqam odur ki, müxalifət adına iddia edən kəslər artıq ictimai düşüncədə sıra dışı edilib. Xəyanət kadroları ifşa olunub. Daha milləti caşdıra biləcək kimsələr yox saydadı. Rusiyada baş verənlər isə yeni milli siyasi ovqat, ikinci mərhələ üçün "İctimai müzakirə" yaradıb. Millətimiz daha o əyyamların milləti deyil. Odur ki, mövcud olan geosiyasi reallıqların biri də odur ki, bizim vəziyyətimizin, xüsusən də vətənimizin bütövləşməsi və demokratikləşməsi üçün geniş imkanlar açılır və millət olaraq Azərbaycan camiyəsi bunu gündəlik müzakirə edərək qlobal anlamda nə baş verdiyinin fərqindədir .
Ən ümdə olanı isə odur ki, baş verənləri təkcə siyasətdə olanlar deyil, millətimizin siyasətdən uzaq olan ən sadə kəsimi də hiss edir və dilə gətirir.
Mənim fikrimcə yaranmış situasiyanı nəzərə almalı və ona uyğun addım atmalı olan tərəf iqtidarda olanlardır ki, onlar millətə nələr etdiklərini gözəl bilirlər və qəbul edəcəkləri ən uyğun qərarlardan biri də yuxarıdan özlərinin tərəfindən həyata keçirməli olduğu islahatlardır.
Bu islahatlardan da ən ümdəsi təbii ki qanuni, legitim xalq hakimiyyətinin formalaşması istiqamətində olan addımlar olardı. Azərbaycanda artıq siyasi proseslər bizim istəyimizdən asılı olmadan başlanmışdır. Hakimiyyət baş verənləri təhlil edərək kənardan ixrac edilən ənənəvi metodoloji konspektlərə ümid etməməli, millətə doğru münasib addımlar atmalıdır .
Növbəti siyasi proseslər yuxrıda söylədiyimiz təhlillərdən daha tez önə keçə bilər. Necə ki, Rusiyanın ətrafında cərəyan edən və hər gün heyrət ediləcək qədər dəyişkən olan hadisələr kimi."































































































