Qazaxıstanda cari ilin 26 aprel tarixində keçiriləcək prezident seçkiləri ilə bağlı bütün namizədlər ana dili testindən keçirilməkdədir. Artıq ana dilini mükəmməl bilməyən bir çox namizədin seçki prosesindən uzaqlaşdırıldığı bildirilir. Maraqlıdır, Azərbaycanda da prezident və parlament seçkilərində iştirak edən şəxslərin ana dilini mükəmməl bilməsi şərt kimi irəli sürülə bilərmi? Ümumiyyətlə, hökumətdə mühüm vəzifə tutan şəxslərlə bağlı belə bir qaydanın tətbiqi zəruridirmi?
Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa Qazaxıstan
nümunəsinin təqdirəlayiq olduğunu bildirdi:
“Hesab edirəm ki, bu, yaxşı bir ənənədir. Hər bir dövlətdə rəhbər vəzifədə
təmsil olunan şəxslər ana dilini mükəmməl
bilməlidir. Bu, olduqca vacibdir. Bu səbəbdən də mən namizədlərin ana dilini
bilmə səviyyəsinin test edilməsinə normal yanaşıram”x9d.
Seymur Əliyev




























































































