Ziya Məmmədovla Cavid Qurbanov yenidən bir arada- FOTO

Hazırda oxunan: Ziya Məmmədovla Cavid Qurbanov yenidən bir arada- FOTO

71976
Prezident İlham Əliyev 13 oktyabr 2014-cü il də imzaladığı sərəncamlarla Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə “Azərbaycan Dəmir Yolları”x9d Qapalı Səhmdar Cəmiyyətinin bir qrup işçisini ali dövlət mükafatları ilə təltif edib. 

Moderator.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları”x9d Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov ANS PRESS-ə açıqlamasında bildirib ki, bu gün həmin həmin mükafatların təqdimolunma mərasimi keçirilib. 

Tədbiri giriş sözü ilə “Azərbaycan Dəmir Yolları”x9d QSC-nin sədri Cavid Qurbanov açaraq dəmir yolunda mövcud durum, həyata keçirilən layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Sonra nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək bildirib ki, Heydər Əliyev tərəfindən təməli qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub.  

Sonra nəqliyyat naziri Ziya Məmmədov və “Azərbaycan Dəmir Yolları”x9d QSC-nin sədri Cavid Qurbanov ali dövlət mükafatlarını dəmiryolçulara təqdim ediblər. Eyni zamanda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan bir qrup gənc dəmiryolçuya üzvlük biletləri təqdim olunub.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin