Mikayıl Cabbarov açılış etdi - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov açılış etdi - FOTO

71887
Bu gün Qusar rayonunun Hil və Bədirqala kəndlərində Təhsil Nazirliyi tərəfindən yeni inşa olunmuş ümumtəhsil məktəblərinin açılışı olub. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yeni məktəblərin açılış mərasimlərində təhsil naziri Mikayıl Cabbarov, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, təhsil ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Tədbirdə Hil kənd ümumtəhsil məktəbinin rəmzi açılışını bildirən qırmızı lent kəsilib. Qonaqlar təhsil müəssisəsi ilə tanış olublar. Məktəbin binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb. İnternet və telefon xətləri çəkilib, qazanxana istifadəyə verilib. 

Mikayıl Cabbarov tədbir iştirakçılarına ölkədə aparılan təhsil islahatları haqqında məlumat verib. Nazir bildirib ki, son 11 il ərzində Azərbaycanda 3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilib, yaxud əsaslı təmir olunub.























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin