MM-in parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərindən ikisi dəyişdirilir

Hazırda oxunan: MM-in parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərindən ikisi dəyişdirilir

71574
Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərindən ikisi dəyişdirilir.

"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" qərarda dəyişiklik edilməsi təklif olunur.

Belə ki, Xanlar Fətiyev Azərbaycan-Avstraliya, İmamverdi İsmayılovun isə Azərbaycan-Kolumbiya parlamentlərarası işçi qrupunun rəhbərləri vəzifəsinə seçilməsi təklif edilir.

Məsələ Milli Məclisin sabahkı iclasında müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, Xanlar Fətiyev Azərbaycan-Kolumbiya, İmamverdi İsmayılov isə Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəridir./Report/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin