“Sosial media qardaşı bacıyla, atanı övladla üz-üzə qoyur”x9d

Hazırda oxunan: “Sosial media qardaşı bacıyla, atanı övladla üz-üzə qoyur”x9d

71378

Türkiyədə sosial medianın dövlət tərəfindən tənzimlənməsi ilə bağlı qanunvericiliyə edilən dəyişiklik Azərbaycanda da sosial medianın hökumət tərəfindən tənzimlənməsi məsələsini gündəmə gətirib. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fəzail Ağamalı Azərbaycanda da sosial medianın dövlət tərəfindən tənzimlənməsinin zəruri olduğunu qeyd etdi:

“Azərbaycanda təbii ki, sosial medianın dövlət tərəfindən tənzimlənməsinə ehtiyac var. Mən bu fikri 2-3 il bundan öncə demişəm. Sosial mediada ölkədə sosial gərginliyi artıran, milli mentalitetimizə, milli dəyərlərimizə təhdid yaradan fikirlər yer alır. Sosial media bir virus kimi insanların içinə düşüb və uşaqdan böyüyə qədər hər kəs bu gün bu virusun daşıyıcısıdır. Insanların düşüncəsini, şüurunu, təfəkkürünü sosial şəbəkələr əməlli-başlı zəbt edib. Mənə məlumatlar çatır və bu məlumatlardan bəlli olur ki, sosial şəbəkələr səbəbi ilə çoxlu sayda ailə dağılır. Nə qədər insan üz-üzə dayanır? Qardaş bacıyla, bacı bacıyla, ata övladla, ana balası ilə üz-üzə dayanır. Buna hansısa formada bir əncam çəkmək lazımdır”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin