Azad Demokratlar Partiyası təkliflər paketi ilə çıxış edib

Hazırda oxunan: Azad Demokratlar Partiyası təkliflər paketi ilə çıxış edib

71163

Azad Demokratlar Partiyası ölkədəki mövcud iqtisadi-maliyyə durumu ilə bağlı təkliflər paketi hazırlayıb. Moderator.az sözügedən təkliflər paketini oxuculara təqdim edir:

 

Azad Demokratlar Partiyasının

Təkliflər Paketi

Azad Demokratlar Partiyası ölkədə yaranmış iqtisadi və maliyyə vəziyyətini:

- Liberal iqtisadi islahatların aparılmamasını;

- Qeyri-neft sektorunun, xüsusən real sektorun inkişaf etdirilməməsini;

-Müasir sənayeləşmənin aparılmamasını, dövlətin investisiya siyasətində bu sahəyə öncəlik verməməsini, eyni zamanda özəl və xarici investisiya qoyuluşunu təşviq etməməsini;

- Büdcənin neft gəlirlərindən böyük asılılığının davam etməsini;

- Hökumətin proqnozlaşdırılan böhranlı maliyyə-iqtisadi vəziyyətə hazır olmamasını;

-Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsindən sonra Mərkəzi Bankın Azərbaycan manatının məzənnəsini kəskin düşürməsini- devalvasiyasını və ardınca gələn yüksək istehlak infilyasiyasını;

- Maliyyə-iqtisadi sahədə yaranmış bu vəziyyətin- ağırlaşan mürəkkəb geopolitik durumda- ciddi sosial-iqtisadi və sosial-siyasi nəticələr verəcəyinin gözlənilən olduğunu

nəzərə alaraq hesab edir ki, Azərbaycan hökuməti, gec də olsa, bütün vətəndaşların, eyni zamanda milli biznes dairələrinin maraqlarının qorunmasını da nəzərə alan anti-böhran siyasəti və tədbirlər planı, ilk növbədə qısa müddətli təxirəsalınmaz tədbirlər planı, işləyib hazırlamalı və hayata keçirməlidir.

Ölkədə yaranmış böhranlı maliyyə-iqtisadi vəziyyətin sosial-iqtisadi və sosial-siyasi böhrana keçməsinin önlənməsi, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının(MB) Azərbaycan manatının məzənnəsini, ABŞ dollarına nisbətən, kəskin aşağı salması və milli valyutanın alıcılıq  qabiliyyətinin kəskin düşməsi nəticəsində yaranan itkilərin minamal həddə salınması məqsədi ilə Azad Demokratlar Partiyası Azərbaycan Respublikası hökumətinə qısa müddətli dövr üçün aşağıdakı Təkliflər Paketini təklif edir.                              

 

Təkliflər

(Qısa müddətli dövr üçün)

 

1. Bazar iqtisadiyyatının əsas tənzimləyici prinsipi işə salınmalı, məcmu təkliflə məcmu təlabat maliyyə və iqtisadi alətlər vastəsi ilə tarazlaşdırılmalı, yəni ölkə üzrə makroiqtisadi qeyri-tarazlıq tənzimlənərək 25”“35% -dən optimal həddə-  2- 3%-ə çatdırılmalıdı. Tənzimləmə tədricən- hər ay 1-3% aşağı edirməklə- həyata  keçirilməlidi.

2. Respublikada uçot və hesabat sisteminə yenidən baxılmalı, sadələşdirilmiş,   ölkə üzrə balanslaşdırılmış məcmui mühasibat uçot sisteminin tərtib edilməsi və tətbiq olunması təmin edilməlidi.

3. İqtisadiyyatın- inflyasiya dövrü üçün sürüşən sərt pul-kredit(restiriksion-revalivasiya), deflyasiya dövrü üçün isə sürüşən yumşaq pul-kredit (ekspansion-develevasiya) normativlərinin müəyyən edilməsi ilə- tənzimlənməsi təmin edilməlidi. Konkret inflyasiya dövrü üçün, inflyasiyanı idarə edilən 2-3% səviyəsində saxlamaqla, MB-ın uçot faiz stavkasını, müvəqqəti olaraq, 3,5% -dən yüksəldərək 3,75-3,85% arasında saxlanılmasına nail olmaq lazımdı. Qısa müddətli dövrdə(1 il müddətinə) isə MB-da  kommersiya banklarının ehtiyyat normasının əlavə olaraq 3-5 % artmasına  nail  olunmalıdı.

4. İqtisadiyyatın inflyasiya və ya deflyasiya dövrlərində səmərəli tənzimlənməsinə nail olmaq(manevir etmək) üçün- balanslaşdırılmış resurs çərçivəsində- həm bütövlükdə ölkə istehsalı, həm də  ayrı-ayrı iqtisadi sahələrdə istehsal üzrə əmək tutumu ilə material tutumu arasında nisbətin 50:50-yə nisbətində qorunub saxlanmasına nail olunmalıdı. Yəni inflyasiya   dövründə  istehsalatda  material tutumlu  istehsal artırılmalı, eyni zamanda  həmin nisbətdə əmək tutumlu istehsal azaldılmalı, deflyasiya  dövründə isə əksinə, material tutumlu isehsal azaldılmalı, eyni zamanda  həmin nisbətdə əmək tutumlu  istehsal artırılmalıdı.

5. Ã–lkə daxili bir başa investisiya qoyuluşunun multipikativ effekti- səmərəliliyi 0,4-dən optimal həddə, yəni 1,5-2,0 əmsalına çatdırılsın. İnvestisiya portfellərinin kapitallaşma səviyyəsi 20-25%-dən optimal həddə- 150-200%-ə, likvidlik əmsalı isə 0,25-0,3-dən 0,7-0,9-a çatdırılsın. Bunula yanaşı  inflyasiya dövründə MB-ın çərçivə Repo və Əks-Repo əməliyyatları artırılsın. Eyni  zamanda dövlət istiqrazlarının(dövlətin qiymətli kağızlarının) satışı- inflyasiya dərəcəsinə uyğun olaraq- artırılmaqla həmin nisbətdə dövriyyədən  artıq inflyasiya yaradan pul məbləği Xəzinədarlığa cəlb edilsin. İnvestisiya  xərclərini azaltmaqla inflyasiyanı azaltmaq olar. Bu halda, pul təklifi azaldılmaqla pul təlabatı artırılır. Nəticədə  müvəqqəti xalis ixrac azalır və  idxal ehtiyacı çoxalır.

Deflyasiya dövrində isə yuxarıda qeyd edilən- inflyasiyanın aradan  qaldırılması üçün nəzərdə tutulmuş- əməliyyatların əksi aparılır. Nəticədə,      xalis ixrac imkanı artır və idxala təlabat azalır.

6. İl ərzində valyuta qüvvə təsir əmsalı 5-6-dan optimal həddə 2-3 əmsalına endirilməli, dövlət xərclərinin dəyişən multipikativ dalğalanma əmsalının mənfi 1,75 ”“ müsbət 0,86 arasındakı intervalının tənzimlənərək optimal həddə-  0,95-1,05 arasında saxlanılması təmin edilməlidi.

7.      Neft gəlirlərindən qeyri-neft sektorunda istifadənin səmərəliyinin artırılması məqsədi ilə istehsal-maliyyə təkan dəstəyinin(leviricinin) 0,7-0,9 əmsaldan  optimal həddə - 2- 3 əmsala çatdırılması təmin edilməlidi.

8. Ã–lkə üzrə iqtisadiyyatın  monetarlaşma səviyyəsi 15-25% -dən  optimal səviyyəyə, yəni 50-70% -ə çatdırılmalıdı.

9. Ã–lkə üzrə pul kütləsinin strukturunda dövriyyədə olan nəqd pulun həcminin  51,0-52,5 % -dən optimal həddə, yəni 15-20% -ə endirilməsi təmin edilməlidi.

10.  Fiskal və vergi siyasətində liberal modeldən istifadə etməklə- iqtisadi inkişafın stabilləşdirilməsini və vergi yükünün dövlət  büdcəsinə  birbaşa və dolayı  vergilərin balanslaşdırılmış qarşlıqlı təsirini nəzərə almaqla- elastik tənzimlənməyə nail olunmalıdı. İnflyasiya dövründə müffəqqəti  olaraq  birbaşa vergi yükü 3-5%, dolayı vergilər 1-3%  arasında əlavə  olaraq  artırılmalıdır. Deflyasiya dövründə isə əksinə, vergi yükünü bir o qədər  azaltmaq  lazımdır .

11.  İnflyasiya devalvasiya ilə yəni, istehsal  və  istehlak xərclərinin artması(məhsulun  qiymətinin  artması), eyni zamanda pulun kursunun (alıcılıq dəyərinin) aşağı düşməsi ilə və ya devalivasiya olmadan  baş  verə  bilər. Ən təhlükəlisi məhz bu gün baş verən birinci haldır ki, inflyasiya və devalivasiya sosial-iqtisadi vəziyyətə, vətəndaşların gündəlik həyat səviyyəsinə iki tərəfli mənfi təsir edir.

A) Devalvasiyanın qarşısının alınması üçün:

- olkə daxilində dövriyyədə olan pul təklifi azaldılmalı;

 - xalis kapital ixracı azaldılmalı, yəni tədiyyə  balansında xaricdən ölkəyə  daxil olan xarici investisiyanın cəlb edilməsi artırılılmalı, eyni zamanda ölkənin daxili resursları hesabına investisiya qoyuluşu azaldılmalı; 

- istehlak xərcləri azaldılmalı; 

- xalis əmtəə ixracı mümkün qədər çoxaldılmalı, eyni zamanda idxal  məhdudlaşdırılmalıdır.

B) İnflyasiyanın qarşısının alınması üçün ehtiyac olarsa- olkə daxilində bütün  qeyd edilən çərçivə alətlərindən istifadə olunması ilə bərabər- açıq bazar əməliyyatları və MB-ın müvəqqəti intervensiyası kimi alətlərdən də istifadə oluna bilər.

12.  “Üç başlı əjdaha”x9d- inhisarçılıq, korrupsiya və gizli iqtisadiyyatla səmərəli mübarizə aparılmalı, ilk növbədə vergi və gömrük orqanlarında sərt qayda-qanun yaradılmalıdı.

13.  Hökumət qiymət tənzimlənməsi alətindən istifadə etməli, ilk növbədə Azərbaycanın özünün dövlət şirkətlərinin istehsal etdiyi və daxili bazarda satdığı enerji daşıyıcılarının- neft məhsullarının, qaz və elektrik enerjisinin- qiymətini minimum optimal həddədək aşağı endirməlidi. Bu digər mal və xidmətlərin qiymətlərinin artımının qarşısının alınmasına da imkan yaradar.

14.  İzafi büdcə xərcləri azaldılmalı, ilk növbədə şişirdilmiş dövlət və hökumət strukturlarında- həm mərkəzi, həm də yerli səviyyədə- ciddi ixtisarlar aparılmalı, rasional, optimal və adekvat idarəçiliyə keçilməlidi.

15.  Liberal iqtisadi islahatlar aparılmalı, mülkiyyət və təşəbbüs azadlığı başda olmaqla iqtisadi azadlıqlar təminat altına alınmalı, sərbəst rəqabətə dayanan azad bazar iqtisadiyyatı yaradılmalıdı;

16.  Gec də olsa ölkədə müasir sənayeləşmə siyasəti aparılmalı, dövlət bu sahəyə investisiya qoyuluşunu artırmalı, eyni zamanda özəl və xarici investisiya qoyuluşunu təşviq etməlidi.

17.  Qeyri-neft sektorunun, xüsusən də sənaye və kənd təsərrüfatı başda olmaqla real sektorun inkişafı iqtisadi inkişafın başlıca öncəliklərindən biri olmalıdı.

18.  Büdcənin neft və qaz gəlirlərindən böyük asılılığı, mümkün olan ən qısa müddətdə, mümkün olan ən aşağı həddə endirilməlidi.

19.  Hökumət görünən gələcək üçün proqnozlaşdırılan böhranlı maliyyə-iqtisadi, sosial-iqtisadi və sosial-siyasi vəziyyəti nəzərə alaraq böhran idarəçiliyinə keçməlidi.

20.  Hökumət, maliyyə-iqtisadi sahədə yaranmış bu vəziyyəti, onun gözlənilən ciddi sosial-iqtisadi və sosial-siyasi nəticələrini- ağırlaşan mürəkkəb geopolitik durum kontekstində- nəzərə almalı və  gec də olsa, bütün vətəndaşların, eyni zamanda milli biznes dairələrinin maraqlarının qorunmasını da nəzərə alan anti-böhran siyasəti, qısa(təxirəsalınmaz), orta və uzun vədəli tədbirlər planı işləyib hazırlamalı və hayata keçirməlidir.

 

Azərbaycan hökuməti qısa müddətdə(1-2 il müddətinə və ya böhran başa çatana qədər)

bu təkliflər paketini həyata keçirərsə yaranmış maliyyə-iqtisadi vəziyyətdə vətəndaşların maraqlarının qorunması:

- maaşların, təqaüd və stipendiyaların artırılması və ya indeksləşdirilməsi;

- az təminatlıların sosial müdafiəsi;

- banklardakı depozitlər və ödəniləsi kreditlərlə(manatla və xarici valyuta ilə)    bağlı yaranan problemlərin həlli;

- mövcud maliyyə-iqtisadi vəziyyətdə ziyana düşən fiziki və hüquqi şəxslərə kompensasiyaların verilməsi;

- mövcud sığorta alətlərindən səmərəli istifadə;

- sahibkarların, xüsusən kiçik və orta biznesin maraqlarının qorunması mümkündür.

 

 

Sənəd AzDP İdarə Heyətinin 28 fevral 2015-ci il tarixli toplantısında qəbul edilib.

 

 

                 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin