“Azərişıq”x9d işıq yox, qaranlıq saçdı: ilk qardaca işıqlar söndü

Hazırda oxunan: “Azərişıq”x9d işıq yox, qaranlıq saçdı: ilk qardaca işıqlar söndü

70538
Bu gün günün ikinci yarısından Bakıda başlayan qar və çovğun paytaxtın elektrik təsərrüfatında da qəzalara səbəb olub.

Az əvvəl aldığımız məlumata görə, Suraxanı və Sabunçu rayonlarının qəsəbələrində elektrik enerjisi kəsilib.

Sakinlərin virtualaz.org saytına bildirdiyi kimi xətlərdə əvvəlcə qısaqapanmalar meydana gəlib, daha sonra elektrik enerjisi tam kəsilib. Belə vəziyyət Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi massivində, Sabunçu rayonunun bir çox qəsəbələrində yaşanır.

Sakinlərin bu yaxınlarda adı dəyişib “Azərişıq”x9d olan və bütün ölkə boyu elektrik enerjisinin satışı səlahiyyətlərini əldə edən keçmiş “Bakıelektrikşəbəkə”x9dyə qəza barədə məlumat vermək üçün göstərdikləri səylər nəticə vermir. Belə ki, “Azərişıq”x9dın 199 qaynar xətti zəngləri qəbul etmir, texniki xidmətin də telefonlarına zəng etmək mümkün deyil.

Hazırda evlərin böyük əksəriyyətinin istilik sistemi ilə qızdırıldığı nəzərə alınarsa elektrik enerjisinin kəsilməsi bu ərazilərdə sakinlərin donma təhlükəsi ilə üzləşməsi deməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin