Deputat Flora Qasımova seçiciləri ilə görüşüb

Hazırda oxunan: Deputat Flora Qasımova seçiciləri ilə görüşüb

69748
122 saylı Xankəndi seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımova Gəncədə və Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində seçiciləri ilə görüş keçirmişdir.

Gəncə şəhəri, Kəpəz rayonu “Yeni qəsəbə 2”x9d - də keçirilən görüşdə Kərkicahan qəsəbə nümayəndəsi Dərgah Haqverdiyev və Kosalar kənd nümayəndəsi Şahid Rzayev də iştirak edib. Məcburi köçkünlərin problemləri ilə yaxından tanış olan deputat F.Qasımova onları narahat edən məsələləri mütəmadi olaraq diqqətdə saxladığını, həmçinin onlar tərəfindən irəli sürülən təklifləri aidiyyatı orqanlar qarşısında qaldıracağını bildirib.xa0

Aşağı Ağcakənd qəsəbəsində Xocalı Rayon İcra Hakimiyyətinin “2014-cü ilin sosial-iqtisadi inkişafın yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr”x9d haqqında hesabat iclasında iştirak edən deputat F.Qasımova çıxışında beynəlxalq qurumların Ermənistan ”“ Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətindən, dünyada gedən hazırki proseslərdən, məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində son illərdə görülən işlərdən danışıb. O, məcburi köçkünlərə ümidlərini itirməmələrini, Ali Baş Komandanın apardığı qətiyyətli siyasət nəticəsində doğma torpaqlara qayıdışın uzaqda olmadığını bildirərək bu istiqamətdə hamılıqla səy göstərilməli olduğunu vurğulayıb.xa0

Hesabat iclasında Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Aqşin Əliyev, millət vəkilləri Flora Qasımova və Elman Məmmədov, İcra başçısının müavinləri Vahid Əliyev və Lamiyə Qarayeva və digər qonaqlar iştirak edib.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin