Əksər bələdiyyələr gözlərini dövlətin ayırdığı dotasiyaya dikib.xa0
Moderator.az xəbər verir ki, Milli Məclisin Regional məsələlər üzrə komitəsinin sədr müavini Fəttah Heydərov xa0komitənin bugünkü toplantısında deyib. Onun sözlərinə görə, bələdiyyələr inkişaf edib real fəaliyyət göstərmək istəyirsə, o zaman büdcəsini ilin sonunda yox və ya dövlətdən ayrılan dotasiyaya dikməməlidir: “Bələdiyyələr öz büdcəsini ilin əvvəlində müəyyən etməli və buna uyğun işini qurmalıdır. Bununla bələdiyyə həm dövləti onun xa0üzərinə düşən bir sıra vəzifələrdən azad etmiş olar, həm də bələdiyyə özünü dolandırmaqla inkişaf etmiş olar.”x9d
xa0F. Heydərov bildirdi ki, necə ki, Türkiyədə və digər ölkələrdə bələdiyyələr öz işlərini qururlar burada da bələdiyyə iş rejimi o istiqamətdə qurmalı və öz üzərinə düşən vəzifəni icra etməyi bacarmalıdır.
F. Heydərov onu da əlavə etdi ki, əgər biz bələdiyyələrin inkişaf etdirilməsini istəyiriksə, o zaman onların səlahiyyəti artırmalı və onaları nüfuzlu bir quruma çevirməliyik.

































































































