Dələduzluq edən hərbçilərlə bağlı Zakir Həsənova şikayət

Hazırda oxunan: Dələduzluq edən hərbçilərlə bağlı Zakir Həsənova şikayət

67604
Moderator.az-a Yevlax rayonunun Duzdaq kəndində məskunlaşmış kəlbəcərli məcburi köçkün Əhmədov Nazim İslam oğlu şikayət məktubu daxil olub.
xa0Şikayətçi yazır ki, 2013-cü il avqust ayının 28-də N saylı hərbi hissənin mayor rütbəli komandiri Faxrəddin Abdullayev, həmin hərbi hissənin bölük komandiri Ceyhun Bədirli və mülki vətəndaş Namazov Hikmət Cəmil oğlu onun işlətdiyi yanacaqdoldurma məntəqəsinə gələrək, birincinin gəlin köçməyə hazırlaşan qızının toyunu etmək üçün on min manat borc pul istəyiblər. Əvəzində isə "KİA RİO" markalı 10 VO 936 dövlət qeydiyyat nişanlı avtomobili girov qoyublar. F.Abdullayev şəxsən özü pulu götürməsi barədə iltizam kağızı yazaraq imzalayıb, digərləri də şahid kimi təsdiqləyiblər. Pulu ondan 20 günlüyə istəsələr də, qaytarmayıblar. Etibar üçün obyektdə saxladıqları avtomobil isə UNİBANK-da kredit yükü altında olduğu üçün altı aydan sonra axtarış elan edilmiş, nəhayət, bankın əməkdaşları polislə gələrək, məhkəmə qərarını Nazim Əhmədova göstərib maşını aparmışlar. N.Əhmədov şikayətlənir ki, bu gün də həminki vəzifələrində olan hərbi qulluqçuların borclarına sədaqətli olmadıqlarından niyə heç kəsin xəbəri yoxdur?

Moderator.az hörmətli müdafiə naziri Zakir Həsənovun zabit şərəfini hər şeydən uca tutduğunu hələ onun Daxili Qoşunlarda xidmət keçdiyi dövrdən bilir və elə bu əminlik də belə bir şikayət məktubunu ictimailəşdirmək qərarına gəlməyimizə təkan verib. Ümid edirik ki, bu cür şərəfli addan sui-istifadə edən hərbçiləri cəzalandırmaqda tərəddüd edilməyəcək, günahları sübuta yetiriləcəyi halda hətta mülki iş olmuş olsa belə bir məcburi köçkünün etibarından sui-istifadə edənlər layiqli cəzalaraını alacaqlar.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin