Moderator.az xəbər verir ki, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Fazil Mustafanın açıqlamasını qeyri-səmimi sayaraq münasibət bildirib:
“Söz canbazı Fazil Mustafa indi də onunla razılaşmayan hər kəsə təhqiramiz “sifət”x9dlər yapışdıraraq ürəyini mediaya boşaldır. Onsuz da ağır və acınacaqlı durumda olan bu insan, sonuncu gülünc açıqlamasından sonra özünü lap bataqlığa sürükləyib. Doğrusu, oxuduqda həm güldüm, həm də millətin vəkilinə (?) yazığım gəldi.
Üç-dörd soyadı olan Fazil Mustafa mənim soyadımı xatırlamasa, güya nə olacaq ki? Onun verə biləcəyi cavablar onsuz da söz oyunu və təhqirdən başqa bir şey deyil. Əgər o DADP-ni və onun sədrini tanımırsa, o zaman hansı siyasi savadına və informasiyalılığına güvənir? Bir ovuc adamdan ibarət BQP-nin acınacaqlı durumu ortada ikən, DADP-nin taleyi onu niyə narahat eləyir?
Həcc ziyarətindən nəsibini alıb nurlanmayan deputatımız namaz qılsa da, içindəki kin və nifrətindən heç cür qurtula bilmir. İçi o qədər kin və nifrətlə doludur ki, hara və kimə gəldi qəzəb saçır, kin püskürür. Nəticədə meydana təhqir dolu açıqlamalar çıxır. “Ensiklopedik”x9d bilik sahibi Fazil bəy nə tarixçi tanıyır, nə partiya sədri, nə də millət vəkili. Adam bu gedişlə demokrat köynəyini çıxarıb peyğəmbər köynəyi geyinəcək. Görəsən, bugünə kimi Fazil Mustafa yox idi, bu xalqa tarix həqiqətlərini bəs kim çatdırırdı? Yoxsa cild-cild Azərbaycan tarixini yazanlar da, xarici qaynaqlar da bugünə kimi sirrləri açmaq üçün Fazili gözləyirdilər?
Bu gedişlə cənab Fazil bütün görkəmli azərbaycanlıları deyəsən tarixdən silməyə hazırlaşır. Özü kimi üç-beş “demokratiya”x9d bixəbərini də ətrafına toplayıb “əzabkeş”x9d qonşularımız kimi yeni tarix yaradacaqlar. Baxarsınız, o, həmişəki söz oyunlarıyla “Şəxsiyyət vəsiqəsi”x9dndəki səhvini ustalıqla başqa yerə yönləndirəcək, sonra da Şah İsmayılla bağlı mübahisələr sakitləşdiyi kimi Babəklə bağlı mübahisələr də səngiyəcək. Və az sonra cənab Fazil üçün yeni bir hədəf ortaya çıxacaq. Allah bizi o gündən qorusun! Kim bilir bu adamın daha hansı azərbaycanlını ləkələmək fikri var. Bəlkə yeni oxuyacağı kitabla da indi sığındığı Rəsulzadəni hədəfə alacaq? İnsan gülməsin, neyləsin?!
Yenə də təəssüf edirəm ki, bir azərbaycanlı öz aqressiyasını öz millətinin üstünə püskürdü. Çox heyf. Millət zərbəni cahilindən, düşmənindən gözləyərkən, öz ziyalısından alır. Fazil Mustafa gənclərimizə uğursuz nümunə olmağı bacardı. O, türkçü kimi yox, “Möhtəşəm Yüz il”x9d serialıyla qidalanmış “obıvatel”x9dlər kimi danışır.
Mən bu deputatın yersiz tarix lovğalığına son qoymaq üçün Fazil bəyi partiyamıza dəvət edirəm. Peşəkar tarixçilərimizin iştirakıyla qərargahımızda debat təşkil edib mövcud məsələyə yekun nöqtəni qoyacağıq.
Fazil bəy, əgər sən səmimi surətdə bu debatda iştirak etməyə hazırsansa, buyur, bu meydan, bu da sən!
Yeri gəlmişkən, mənim kimi ərdəmlilər Qarabağa gedib könüllü vuruşurlar, ərdəmsizlər isə sənin kimi əsgərliyə zorən göndərilirlər.
Səni prezidentə şikayət edən də mən deyiləm, ay başabəla fəlsəfə doktoru! Bunun üçün gərək “moderator.az”x9d saytında yayımlanan açıqlamamı daha diqqətlə oxuyaydın. “Sağol”x9d de ki, mən səni deputat həmkarlarının mühakimə etməsini istəmişəm, nəinki doqquz milyon Azərbaycan vətəndaşlarının. Əgər yüz iyirmi beş nəfər arasında haqlı hökmün çıxsa, onda çətin ki burnunu indiki kimi havada tuta bilərsən. Bunu da bil ki, sən təkcə tarixlə bağlı yanlış iddialarınla deyil, etiket qaydalarından bixəbərliyinlə də, özündən başqa heç kəsi bəyənməzliyinlə də hamının gözündən düşməyi bacardın.
Kim səninlə razı deyilsə qaragüruh, kim razıdırsa demokratiya təəssübkeşidir. Paho! Sən məğlubiyyətinlə barışmayaraq yanlış iddialarını nəinki cidd-cəhdlə qoruyur, hətta ifrat dərəcəyə çatdırırsan. İşin-gücün “kitab oxuyun, kitab oxuyun”x9d deyib, oxuduğun kitabları da yanlış şəkildə təqdim və təfsir etməkdən başqa bir şey deyil. Bəli, sən, çox kitab oxumusan, amma o kitablardan bir qram da doğru-düzgün yararlana bilməmisən. Müdriklərdən birinin belə bir sözü var: “Kitabları oxuyun, amma düz oxuyun”x9d. Sən isə kitabları oxuduqdan sonra yalnız söz oyunuyla məşğul olursan. Özünü müasir tipli, postmodernist siyasətçi kimi göstərməyə çalışırsan. Amma bilmirsən ki, Nəcip Fazildən misal gətirərək nəcib, Belinskidən misal gətirərək də dürüst ola bilməzsən. Göründüyü kimi də, olmamısan.
Yeri gəlmişkən, son açıqlamanda saysız-hesabsız qrammatik və orfoqrafik səhvlər var. Nitqində ləhcə qüsurlarını aradan qaldıra bilməsən də, heç olmasa yazılarında dil qaydalarına riayət elə. Belə səmimi türkçüsənsə, dilimizin də təəssübkeşi ol.
Son olaraq bir daha məsləhət görürəm soyuq duş qəbul edəsən. Açıqlamaların bir fəlsəfə doktoruna və bir millət vəkilinə yaraşan açıqlamalar deyil!”x9d


























































































