Şahlar Əsgərov müəllimlərə göstərilən diqqəti yüksək qiymətləndirir

Hazırda oxunan: Şahlar Əsgərov müəllimlərə göstərilən diqqəti yüksək qiymətləndirir

67278
Bu gün xa0təhsil naziri xa0Mikayıl Cabbarov xa0prezident İlham Əliyevin dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında verdiyi sərəncamla bağlı brifinq keçirib.xa0

Moderator.az xəbər verir ki, görüşə tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov da dəvətli idi. Nazirin çıxışından və jurnalistlərin xa0suallarının cavablandırılmasından sonra Şahlar Əsgərov müəllimlərin maaşlarının artırılmasını belə qiymətləndirib:

"Bu sərəncam xa0təhsil prosesinin subyekti olan müəllimlə bağlı olduğuna xa0və müəllimlərin bir hissəsinin əmək haqqı (əlavə yardım almadan daxili imkanlar hesabına) 2 dəfə artırıldığına görə mən də alqışlayıram.

“Ölkənin təhsil maşını təhsilə ayrılan pulu biliyə çevirmir”x9d xa0fikrinin müəllifi olduğumdan indi hesab edirəm ki, təhsil sisteminin maşınına 4-cü təkər qoyuldu. xa0İndi təhsil maşını hərəkət edəcəkdir, yəni pul biliyə çevriləcəkdir. Ona görə ki:
xa0 xa0xa0
-Kişi müəllimlərin məktəbə qayıtmasına yardımçı olacaq;
-Məktəb müəllimlər üçün iş yerinə çevriləcəkdir;
-Müəllimlərin özünü təkminləşdirəcəkdilər;
-Məktəblərdə təhsil mühiti sağlamlaşacaqdır;
-Direktorların mütləq hakimiyyəti zəifləyəcəkdir.xa0

Bu sərəncam elmə, biliyə xa0və real həyata sökəndiyinə görə əməyi olanları təbrik edirəm. İnanıram ki, bu sərəncam tezlikə bütün təhsil sistemini əhatə edəcəkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin