Bir neçə gündən sonra qanlı 20 yanvar hadisələrinin 25 ili tamam olur.xa0
Keçmiş döyüşçü Vaqif Əlisoyxa0Moderator.az-da həmin qırğınla bağlı yaşadığı rayonda baş verənlərdən danışır:
Əvvəli burada---moderator.az/?xeber=67159
VƏTƏNƏ DOÄžRU. METEX TƏCRİDXANASI (ARDI)
Şaxtadakı DTK təcridxanası xatirimdə çox sirli təcridxana kimi qaldı. Həmin günləri xatırlamaq indi də mənə əzab verir.xa0
Hər üçümüzü və üç nəfər də nəzarətçini həbsxana maşınına mindirdilər. Bu maşının kabinələri yox idi. Nəzarətçilərlə bızi dəmir barmaqlqlar ayırırdı. Maşın yola düşəndən az sonra nəzarətçilərdən bir əlindəki qovluqlara baxıb soruşdu:
- Deməli, Bakıdan, Azərbaycandansınız?
Üçümüz də başımızı tərpətməklə Azərbaycandan olduğumuzu təsdiqlədik. Sonra o, qovluqları digər nəzarətçiyə verib dedi:
- Mən köhnə bakılıyam. Bakıda doğulmusam. Bayılda KKF stadionunun yanında yaşayırdıq. Atam hərbi dənizçi idi. Sonra iş yerini dəyişdiyindən Bakıdan Odessaya köçdük. Orada çoxlu dostlarım var. Bizə sizin çox təhlükəli adam olduğunuzu deyiblər. Ancaq azərbaycanlılara yaxşı bələd olduğumdan, həm də şəxsi işinizə baxdıqdan sonra dostlarıma(nəzarətçiləri nəzərdə tuturdu ”“ V.Ə.) bu harda danışdım. Indi mənə qulaq asın. Biz Rostova gedirik. 3 saata ordayıq. Daha iki “zondan”x9d dustaq götürəcəyik. Ordan da vaqonla Tbilisiyə yatab olunacaqsınız. Bildiyimə görə, daha sonra sizi Bakıya göndərəcəklər. Bəxtiniz kəssin ki, orada sizi müşayiət edən “konvoy”x9dun komandiri mənim tanıdığım adam olsun. O zaman yolda başınız sakit olar. Amma bunu bir sərtlə edəcəyəm ki, Bakıya qayıtdqdan sonra şəhəri mənim də əvəzimdən doyunca gəzərsiniz. Bu, əlbəttə, zarafatdır. Bunu mən dostlarımın xatirinə edirəm. İndi isti çaya, peçenyəyə qonaq olun. Siqaret də çəkə bilərsiniz.
Məni siqaretdən başqa heç nə maraqlandırmırdı. Neçə gün idi ki, siqaret çəkmirdim. Mamedlə Xanıs isə siqaret çəkən deyildilər. Buna görə onlar çayı və peçenyəni, mən isə siqareti məmnuniyyətlə qəbul etdim”¦xa0
Budur, nəhayət, Rostova çatdıq. İki ayrı-ayrı “zondan”x9d birlikdə 25 nəfər dustaq mindirdilər. Ayaq basmağa yer yox idi. Yenə də xatırladım ki, həbsxana yolu keçən adamlar burada milliyyətin yox, başqa kriteriyaların rol oynadığını yaxşı bilirlər. Deməli, maşında bizdən başqa hamı məlum dinin nümayəndəsi idi. Maşında milliyyətcə erməni olan 6 nəfər dustaq da var idi. Birdən dustaqlardan biri ermənilərdən ikisinin “kozyol”x9d olduğunu dedi. İndi təsəvvür edin, elə maşındaca onları nə günə qoydular.
Maşın perrona yaxınlaşdı. Dustaqların aparılacağı vaqon əsas vaqonlardan bir qədər aralı saxlanılırdı. Burada bir-bir adlar çəkilir, maddələr oxunur, hər bir dustaq əşyaları ilə bərabər ciddi yoxlanılır, sonra vaqona mindirilirdi. Bizi lap axıra saxladılar. Tanışımız olan nəzarətçi bizə yaxınlaşıb yavaşca, güclə eşidiləcək səslə dedi:
- Uşaqlar, bəxtinizdə bir şey var. Konvoyun rəisi dostumdur. Mən dediyim oğlandır. Onunla danışmışam, sizin yanınızda heç kəs olmayacaq. Maşında sizinlə gələn 6 ermənidən 4-ü təhlükəli residivistdir. Bir az ehtiyatlı olun. İndi isə yol üçün sizə nəsə almağa gedirəm. Konvoy rəisi sizə çatdıracaq. Hə, heç demədim, adım Viktordur. Sağ olun! Bakıya salam deməyi də unutmayın.
O, əllərini çiynimizə vurub bizdən ayrıldı. Adi sərnişin vaqonuna qalxdıq. Fərq yalnız dəmir reşotkanın və oturacaqların quru taxtadan olmasında idi.xa0
Biz yerləşdikdən az sonra vaqona digər maşın yaxınlaşdı. Bu dəfə qadınları gətirmişdilər. Dustaqlar onları sevinclə qarşıladılar. Qadınlar da yerləşdikdən sonra vaqonu sərnişin vaqonlarının arxasına qosdular. Qatar yola düşdükdən sonra da əşyalar və dustaqların üst-başı yenidən yoxlandı. Bizim əynimizdəki paltardan başqa heç nəyimiz yox idi. Digər kupelərdə sıxlıq olduğu halda, bizim yanımıza heç kəsi salmamışdılar.
Yola düşəndən bir saat sonra konvoy rəisi yanımıza gəldi. Bizə bir bağlama verib dedi ki, bunu Viktor sizə yol üçün qoyub. Lazım olan hər şey var. Ancaq siqaretlərin filtrləri qırılıb. Bu da təhlükəsizlik üçündür, yəqin bilirsıniz (Filtrlərin 2-3 ədədini üst-üstə qoyub yandıraraq, üstündən ağır bir əşya ilə basanda ülgüc kimi olurdu ki, dustaqlar da bundan kəsici alət kimi istifadə edə bilərdilər ”“ V.Ə.).xa0
Konvoy rəisi gedəndən sonra bağlamanı açdıq. Bağlamada çörək, kolbasa, pendir, peçenyə, filtri kəsilmiş “Yava”x9d siqaretləri və plastik butulkada 3 mineral su, bir də 30 manat sovet pulu (3 qırmızı onluq) vardı. Allah verəndən yeyib taxta oturacaqda uzandıq. Mamedlə mən aşağıda ,Xanış isə ikinci mərtəbədə uzandı. İki sutkaya yaxın yol getməli idik. Vaqon yaxşı qızdırılırdı. Sevinirdik. Bu qatar bizi Vətənə aparırdı. Qabaqda bizi nələr ğözləyir? Bizi necə qarşılayacaqlar? Bu suallar üzərində fikirləşə fikirləşə yuxuya getdim”¦xa0
Nə qədər yatdığımı bilmirəm. Səs-küyə ayıldım. Mamedlə Xanış da oyanıb vaqonun baş tərəfinə baxaraq: ”“ Ə, nə olub, bu nə şəs-küydür? ”“ soruşdular.
- Davadir, ”“ deyə zarafat etdim.
Mamed dedi:
- Vallah, kefdəsən. Bayaqdan qırğındır. İki nəzarətçi savaşırdı. Bir-birinə silah da çəkdilər. Bir az olar konvoyun rəisi gəldi. Dur, gəl bax da! Yatmaqdan doymadın?
Mən ayağa qalxıb dəmir barmaqlığa yaxınlaşdım. Bütün dustaqlar qalxmışdı. Hamı nə baş verdiyini anlamağa çalışırdı. Birdən rəis nəzarətçilərə əmr etdi ki, məhbusları barmaqlıqlardan uzaqlaşdırın.xa0
Nəzarətçilərin, dustaqların hay-küyündən qulaq tutulurdu. Heç nədən xəbəri olmayan dustaqlar hay-küy salmağa, əllərində nə varsa, nəzarətçilərə atmağa başladılar. Qəribə bir mənzərə yaranmışdı. Heç nə başa düşmürdüm. Birdən Viktorun dedikləri yadıma düşdü. İnsaf naminə demək lazımdır ki, bizə qarşı bir kobudluq olmadı. Amma nəzarətçilər hər bir kupeyə daxil olub dustaqları dubinkanın altına salırdılar. Az bir müddətdən sönra ara sakitləşdi. Bir qədər keçmişdi ki, rəis bizim kupeyə daxil oldu. Əlində beş qovluq, bir şüşə “Russkaya vodka”x9d arağı var idi. Girən kimi:
- Yoldaş müəllimlər, Viktorun verdiklərindən bir şey qalıb? ”“ deyə soruşdu.xa0
Uçümüz də bir-birimizə baxdıq. Mamed kolbasa, pendir, cörək və 2 ədəd plastik fincan çıxardı. Rəis fincanlardan birini ağzına qədər doldurub birnəfəsə başına çəkdi. Üzünü Mamedə tutub dedi:xa0
- Mən Viktorla qardaş kimiyəm. Sənin sənədlərinə baxmışam, rus dili müəllimisən, bunlara bax, ”“ deyib qovluqları Mamedə verdi. Sonra plastik qabları araqla doldurub dedi:xa0
- Qoy, dostunuz oxusun, amma siz bu “ksıvaya”x9d baxın. Mənim əsgərlərimdən biri ermənidir. Vaqonda bir nəfər erməni qadın, altı nəfər erməni kişi var. Onlardan ikisi “kozyol”x9ddur və ayrıca saxlanırlar. Qadının adı Karine Minasyandır. Bu axşam erməni ilə çeçen əsgər növbədə idi. Deməli, bu erməni əsgər azərbaycanlı “boyeviklərin”x9d (yaraqlıların ”“ V.Ə.) də burda olduqlarını ermənilərə deyib. Bu ermənilərin 4 “sudimisti”x9d var. Onlar da bu erməniyə həmin erməni qızını onunla bir novbə çəkən çeçənə təklif etməyi, əvəzində əlavə 100 rubl verməyi boyunlarına götürüblər. Çeçen razı olmadıqda üstünə silah çəkib, sizin kupeyə girmək istəyiblər. Çeçen buna da razılıq verməyəndə mübahisə başlayıb.xa0
Elə bu vaxt qovluqlara baxan Mamed dilləndi:
- Əlisoy, buna bax. Ə, bu Karine Minasyan bilirsən kimdir? Bakıda Bakı-Moskva qatarını partlatmaq istəyən erməni qızıdır. Yadına düşürsə Az.TV də onu göstərmişdi. Bu dörd erməni də ən təhlükəli residivistlərdir. Onlar bizim kupeyə daxil olmalı imişlər. Ə, sən ol, bu günə qədər araq içməmişəm, amma indi içəjəm.xa0
Mamed “Əlisoy, sən öl, indi inandım ki, bizə ölüm yoxdur”x9d, ”“ deyib plastik qabla dolu arağı başına çəkdi. Rəislə mən və Xanış da içdik. Rəis bir siqaret yandırıb dedi:xa0
- Mən sizə bir sirr açacam. Bu, əlbəttə, içkiyə görə deyil. Mən bu konvoyla Rusiyada yatan yüzlərcə erməni millətinə mənsub qatı cinayətkarı Ermənistana müşayiət eləmişəm. Bilirsiniz bu nə deməkdir?xa0
Konvoy rəisi diqqətlə qulaq asdığımızı görüb sözünə davam etdi:
- Bu ilin ilk iki ayı ərzində 100-dən artıq belə qatı cinayətkar birbaşa Ermənistana aparılıb. Ozü də orda onları çox təmtəraqla qarşılayırlar. Mən dəfələrlə bunun şahidi olmuşam. Bax, bu iki “kozyol”x9d ermənidən başqa qadın və 4 erməni residivist Yerevana aparılacaq. Siz də daxil olmaqla qalanları Tbilisiyə təhvil veriləcək. Bu ermənilər yəhudilər kimi bir şeydir. Allah bilir, nə fikirləşirlər. Nə isə, sabah axşam Tbilisidəyək. Mən Viktora söz vermişəm, sizi sağ-salamat Tbilisiyə çatdıracağam.
Konvoy rəisi bizimlə sağollaşdı və gətirdiyi qovluqları da götürüb bizi tərk etdi.
O, gedəndən sonra baş vermiş hadisə və rəisin erməni cinayətkarlar, onların Yerevana daşınması haqda müzakirələr apardıq. Deməli, erməni konvoy, qadın ermənini çeçenə təklif etmək və 100 manat verməklə residivist erməniləri bizim yanımıza salmağı, bizi cəzalandırmağı düşünürmüş. Ancaq çeçen kanvoy buna razı olmamış və bu zəmində də bir-birinə silah çəkməklə mübahisə etmisdilər. Məsələ açılandan sonra konvoy rəisi müdaxilə etməklə erməni konvoyu ağır cəzalandırmış, ermənilərə nəzarəti gücləndirmişdi. Həbsxana həyatında belə şeylər tez-tez bas verir, hətta ölümlə yekunlaşırdı. Biz çeçen və konvoy rəisinin sayəsində təhlükədən qurtarmışdıq. İkincisi, keçmiş ittifaqın hər yerindən qatı erməni cinayətkarları Yerevana qaytarmaqla onları həbsdən azad edərək Qarabağda döyüşlər üçün hazırlamaq məqsədi güdürmüş. Sonralar döyüşlərdə belələrinə çox rast gəldik. Amma bızimkilər”¦ Bu haqda danışmağa belə dəyməz. Eyni münasibət bu gün də davam edir”¦
Martın 1-də gecə saat 3-də Tbilisiyə çatdıq. Həmin ermənilərdən başqa qalan dustaqları türmə maşınlarına mindirməyə başladılar. Konvoy rəisi ilə mehribancasına görüşüb ayrılarkən ona təşəkkür etməyi də unutmadıq. Maşınlar təcridxanaya daxil oldu. Və məlum oldu ki, bura məşhur Metex qalasıdır. Çar Rusiyasi dövründən qalma köhnə, az qala dağılmaq təhlükəsi qarşısında idi. Gətirilən dustaqları ayrı-ayrı bokslara saldılar. Sonra maddələrinə uyğun olaraq bir-bir karantin kameralarına yerləşdirdilər. Biz yanaşı bokslarda idik. Bu təkadamlıq bokslarda ancaq ayaq üstə durmaq mümkun idi. Neçə saat idi ki, bu vəziyyətdə idik. Artıq ayaq üstə durmaq da mümkün deyildi. Birdən Mamedin kiminləsə azərbaycanca danışdığını eşitdim. Ancaq söhbəti aydın eşitmədiyimdən ona yaxın boksda olan Xanışa dedim:
- Xanıs, Mamedin azərbaycanca danışdığı kimdir?
- Mən də eşidirəm, Mamed nə soruşursa, o adam cavab vermir, ”“ Xanış cavab verdi. ”“ İndi bir də soruşaram, ”“ dedi
Bir az keçmişdi ki, Xanış mənə səsləndi:
- Əlisoy, Mamed deyir ki, bir az əvvəl boksun qapısı açıldı. Bir starşina qapını açdı və barmağını dodağına qoyaraq susmağıma işarə edib, Rostovdan gətirilən azərbaycanlılar olduğumuzu soruşdu. Cavab verdikdən sonra məni qucaqlayıb ağlamağa başladı və azərbaycanlı olduğunu, burda işlədiyini bildirdi. Bir azdan gələcəyini deyərək qapını bağlayıb getdi.
Bir az rahatlandım. Az keçmişdi ki, qapılarımız açıldı. 30-35 yaşlarında bir adam idi. Tük basmış sifətimizə, çirkli paltarımıza baxıb bizi bir-bir qucaqladı. Gözləri yaşarmışdı. Şirin Gürcüstan ləhcəsi ilə dedi:
- Sizin qadanızı alım. Nə yaxşı sağ-salamat gəlib çıxdınız. Sizin haqqınızda bizə məlumat verilib. Bütün Azərbaycan Rusiyaya aparılan uşaqlardan narahatdır. Yaxşı ki, yerinizi müəyyən edə bıliblər. Allaha sükür ki, sağ-salamatsınız. Burada uzaqbaşı 2-3 gün qalacaqsınız. Sonra sizi gətirən hərbçilər Bakıya aparıb bizimkilərə təhvil verəcəklər. Mən səhər saat 8-də növbədən çıxacağam. Burda bizim gürcüstanlı uşaqlar qalan 52 saylı kamera var. Danışmışam, sizi ora yerləşdirəcəklər. Ancaq rəhbərlik gələnə qədər karantində qalacaqsınız. Yanınızda heç kəs olmayacaq. Ora soyuq, nəmişli bir yerdir. Siçovulla doludur. Çətin olacaq, amma dözməlisiniz, orda sizə təhlükəsiz olar. İndi bizim otağa gedəcəyik, yaxşı yeyib için ki, orda dözə biləsiniz. Sizin üçun hər şey hazırlamşam. Buna bax ey, bayaqdan danışıram, heç tanış da olmamışıq. Adım Dumandır, özüm də Marneulidənəm.
Tanış olub onların otağına keçdik. Bizi gürcü döstu Zurabla da tanış etdi. Stolun üstündə hər nə desən, hətta məşhur gürcü cacası (bizim tut arağı kimi) da var idi. Mamed içmədi. Dördümüz vurduq. Yaxşı yeyib içdik. Cəbrayıldakı, Bakıdakı ünvanlarımızı Dumana verib yaxınlarımıza xəbər verməsini xahiş etdik. O da növbədən çıxan kimi həll edəcəyini dedi. Sonra bizə lazım olan hər şey verdi. Bir az qəzet və kiçik odun parçaları, yandırmaq üçün kibrit və şam verib karantinə gətirdi. Qapını açanda kəskin üfunət iyi gəldi. Döşəmə suyun içində idi. Nəhəng siçovullar ora-bura qaçırdı. Duruxduğumuzu görən Duman dedi:
- Bilirəm ki, çətın olacaq. Amma bizim uşaqların yanına gedənə qədər dözməlisiniz. Qeyrətli uşaqlardır. Onlara da burda olduğunuzu demişəm. Bura sizin üçün ən təhlükəsiz yerdir. Mən sizinlə əlaqə saxlayacağam.xa0
İçəridə çox dəhşətli bir mənzərə var idi. Bura bir zirzəmini xatırladırdı. Hər tərəf su içində, zülmət içərisində idi. İki şam yandırıb su olmayan quru yer tapdıq. Köhnə bir vedrə də tapıb içərisinə qəzet və taxta parçaları qoyub yandırdıq. Tüstü bizi boğmasın deyə vedrəni dəmir dəmir barmaqlığı olan olan açıq, şüşəsi olmayan kiçik pəncərənin qabağına qoyub qızınmağa başladıq. Xanış ətrafımızda gəzişən siçovulları Mamedə göstərib zarafat etdi:
- Ə, Mamed, sən canın bu boyda siçovul görmüşdün? Mən görməmişəm. Sən belə elə, Duman verdiyi çörəkdən, ətdən ver ki, bızə hücum etməsinlər.
- Hə, verim, sonra da məni dolayasınız, ”“ deyə cavab verdixa0
Bir yerdə dayanmaq olmazdı. Ac siçovullar arabir üstümüzə tullanırdı. Xanış da onları futbol topu kimi vurub suya salırdı. Mən də Xanışa qoşuldum. Hər ikimiz vaxtı ilə futbolla məsğul olduğumuzdan bunu yaxşı bacarırdıq. Mamed isə şam işığında rusca qəzetlərin birini qoyub, digərini götürürdü.xa0
Saatın neçə olduğundam xəbərimiz yox idi. Duman dediyi vaxt da keçirdi. Sanki bizim burda olduğumuzdan xəbərsiz idilər. Yandırmağa bir şey qalmamışdı. Soyuq iliyimizə işləyirdi. Biz siçovullarla oynayıb tərlədiyimizdən, soyuq artıq Xanışa və mənə təsir etməyə baslamışdı. Birdən yadıma düşdü ki, Duman bizə bir şüşə Caca (araq) qoyub. Xanışa dedim ki, gətir onu içək, yoxsa burda donacağıq. Mamedi də zorla içirdik. Bir balaca özümüzə gəldik. Başladıq lətifə danışmağa.xa0
Vaxt keçir, bizi burdan çıxarıb kameraya yerləşdirmək isə sanki yada düşmürdu. Cacanın da təsiri getmişdi. Ayaq üstə durmaq artıq mümkün deyildi. Birdən Mamed: -Uşaqlar, daha mən dözə bilmirəm, qoy lap güllələsinlər, insan insana belə əzab verər, ”“ deyib qapıya tərəf getdi. Əlləri və ayaqları ilə dəmir qapını döyməyə başladı. Ona yaxınlaşıb sakitləşdirdik və ücümüz də birlıkdə var gücümüzlə qışqıra-qışqıra qapını döyməyə başladıq.xa0
Çox keçmədi ki, qapı açıldı və bir mayor, yanında da dörd nəfər nəzarətçi üstümüzə qışqırmağa başladı:
- Kimsiniz, burda nə edirsiniz, bu nə qışqır-bağırdır? Harda olduğunuzu bılirsiniz?
Mamed hirsli-hirsli vəziyyəti danışmağa başladı. Mayor yanındakılardan birinə:
Təcili Davidyanı bura gətirin. Bəs mənə deyirdilər ki, bunları 52-ci kameraya yerləşdiriblər. Əclaf Davidyan erməniliyini göstərmək istəyir?
Az keçmişdi ki, Davidyan deyilən ermənini gətirdilər Mayor acıqlı-acıqlı onun yaxasından tutub:
- Bu nə deməkdir? Mənə izah et, bunlar niyə indiyə qədər buradadır? Bunlar beş saat əvvəl “52”x9d-də olmalı idilər.
Erməni nəzarətçi kəkələyə-kəkələyə bunun bir təsadüf olduğunu bildirdi və sübut etməyə çalışdı ki, həbsxana rəisinin başqa bir tapşırığını yerinə yetirməyə gedərkən bizim “52”x9d-yə aparılmalı olduğumuzu növbə yoldaşına deməyi unudub. Deyəsən, cavab mayoru qane etmədi:
- Sən mənə nağıl danışma. Mən burdan təzadüfən keçməsəydim və bunların səsini eşitməsəydim, burdamı qalmalı idilər? Get raportunu yaz.xa0
Ayaqlarımız yerimirdi. Üç nəzarətçinin hərəsi birimizin qoluna girib mayorun kabinetinə apardı. Dərhal isti çay gətirdilər. Mayor bizdən üzr istədi:
- Məni bağıslayın. Bu, mənim günahımdır. Duman mənə sizin barənizdə danışmışdı. “Delonuzu”x9d da oxumuşam. Azərbaycanda da nələr baş verdiyini bilirəm. Mən milliyyətcə acaram (o vaxt onların gürcülərlə münasibəti kəskin deyildi ”“ V.Ə.). Xoşbəxt o xalqdır ki, sizin kimi oğulları var. İndi sizi “52”x9d-yə aparacaqlar. Orada qeyrətli Gürcüstan azərbaycanlıları və bir də kriminal aləmdə tanınan Məhəmməd adlı Bakılı oğlan var. Tanış olacaqsınız.
Mayorla səmimi görüşüb, nəzarətçilərin müsayiəti ilə, adını eşitdiyimiz 52-ci kameraya getdik. Əslində isə demək olar ki, biz özümüz getmirdik, nəzarətçilər qolumuza girib sanki bizi sürüyürdülər. Ayaqlarımız keyimişdi. Sağ olsunlar, bizi kameranın ağzına gətirdilər. “52”x9d rəqəmini tor görürdüm. Qapı açıldı. Ayaq üstə dura bilməyib yıxıldım. Eşitdiyim isə kiminsə sirin Bakı ləhcəsi ilə dediyi: ”“ Alə, nə gözüvüzü döyürsüz? Gəlün kömək edün də, ”“ sözləri oldu.
Xatirəmin bu bölumünü bu gün (07 fevral 2014-cü il ”“ N.M) ad günü qeyd olunan, son 20 ilin gerçək qəhrəmanı, Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun və bütün şəhid qardaş və bacılarımızın, ata-analarımızın əziz xatirəsinə həsr edirəm. Mübariz, Əlyar, Şikar, Şirin müəllim, Allahverdi, Yüsif, Vəzir, Mirələm, Faiq və 15 yaşında şəhidliyə qovuşan, qucağımda can verən zamam “Əlisoy, qurban olum, məni ölməyə qoyma, Xocalı qızlarının intiqamını ala bilmədim”x9d deyən Tiqana, bizi bağışlamayın, biz buna layiq deyilik.
Gözümü açdım. Hamını tor görürdüm. Birdən göz yaşları üzümə tökülən Xanışın:
- Vaqif, qurban olum, məni eşidirsən? Bax, Mamed də burdadır. Qağa, qadan alım, bir gözünu aç. Bir gör kimlər var burda. Ə, kişiliyin olsun da, məni eşidirsənsə, başını tərpət. Sənsiz Cəbrayıla necə qayıdaram? Od vuraram hamıya, eşidirsən məni. Ay Allah, mən Gülzar xalaya, bunun balalarına nə cavab verərəm?
Mən onun dediyini aydın eşidirdim. Hər şey ildırım kimi gözümün qabağından keçirdi. Uşaqların səsini aydın eşidirdim. Amma birdən anamın, ağ saçları dağınıq halda bizi aparan vertolyotun arxasınca qaçması, “məni öldursəniz də bu maşını sürmərəm”x9d və sinəsini açıb Yelovskiyə “vurmasan kişi deyilsən”x9d deyən, sonralar isə şəhidlik zirvəsinə yuksələn, Cəbrayılda “RAF Arif”x9d kimi tanınan Quycaqlı Alekseyev Arif düşdü. Öz-özümə fikirləşdim ki, yəqin ölürəm. Hardasa oxumuşdum ki, adam öləndə köhnə hadisələri xatırlayır. Birdən tanış bir səs eşitdim. Bu, Dumanın səsi idi. O, “Vaqif, məni eşidirsən? Bir gündən sonra Bakıya gedirsiniz. Qardaşın Firudinlə, Rafiq müəllimlə danışdım. Hamı sizi gözləyir”x9d, ”“ deyib hönkürtü ilə ağlamağa başladı. İlıq göz yaşları sifətini ıslatdı. Birdən yenə bayaqkı tanış Bakı ləhcəsi ilə “Ələ, çəkülün, həkim gəldü, ”“ dedi.xa0
Neçə saat bu vəziyyətdə olduğumu deyə bilmərəm. Sonralar rayonda Xanışla Mamed deyirdi ki, səndən əlimizi üzmüşdük. (Mən sağ qaldım, amma Mamed orda aldığı zədələrdən vəfat etdi. Məzarın cənnət olsun, Mamed! ”“ V.Ə.)xa0
Gözlərimi açıram. Diqqətlə kameranı nəzərdən keçirirəm. Hami bir-birini qucaqlayır. Kameradakilar: ”“ Duman, indi söz sənindir, nə lazımdır gətirdəcəksən, bu da pul, ”“ deyib ona 500 rubl verdilər. Duman imtina etsə də, dedilər ki, bu, “obşak”x9ddan ayrılan puldur, ondan imtina etmək olmaz.xa0
Bir saat keçmişdi ki, 52 saylı kamera ən bahalı restoran stolunu xatırladırdı. İndi isə bu kameradakı qeyrətli oğullarla siz də tanış olun: Bakıdan, Artyomdan 15 yaşından xırda bir cinayət üştündə tutulan, sonradan kriminal aləmdə tanınan Mamed Artyomski, Mareulidən Qarabağ ermənilərinin muxtariyyət tələbinə etiraz bildirən, Gürcüstan azərbaycanlılarına muxtariyyət tələb edən Koroğlu dayı, oğlu Fərrux, Yusif, Səlim, Rza, bir də hamının sevimlisi məşhur Tbilisi cibgiri Şamil (Şamilin rəssamlığı da var idi. Bu gün də onun əl dəsmalına öz əli ilə çəkdiyi Həzrəti-Məryəmin rəsmini saxlayıram. Və çox xahiş edirəm ki, Marneuli azərbaycanlılarından bu adamları tanıyan varsa, mənə xəbər versin. Mən başda Duman olmaqla hamısına minnətdaram).
2 mart 1990-cı il. Səhər saat 9-dur. Xəbər verirlər ki, hazırlaşın. Kameradakılarla qucaqlaşıb ayrılırıq.Söz demək artıqdır. Onlara söz veririk ki, Vətənə qayıdan kimi onların məsələsini qaldıracağıq. (Sözümüzə əməl etdik, AXC rəhbərliyi Qamsaxurdiya ilə danışaraq onların azad edilməsinə nail oldu).xa0
Kameradan çıxarılıb həbsxana maşınları ilə bizə tanış olan aeroporta gətirildik. Uçuş zolağında nəhəng bir nəqliyyat vertolyotu uçuşa hazırlanırdı. Vertolyota həm mülki vətəndaşlar, həm də hərbçilər ərzaq məhsulları yükləyirdilər. Biz isə bir kənarda hərbçilərin ciddi nəzarəti altında idik. Birdən Xanış dedi:
- Əlisoy, sağa bax.xa0
Gözlərimizə inanmadıq. Təxminən 30 nəfər arvad, uşaq, kişi vertolyota yaxınlaşırdı. Məlum oldu ki, onlar ermənidir. Bunun nə demək olduğunu soruşduq. Cavab verdilər ki, dinc erməni sakinlərdir, siz də onlarla Stepanakertə üçacaqsınız. Qəti etiraz etdik. Dedilər ki, bu, Dağlıq Qarabağın komendantı general Safonovun əmridir. Əmr isə müzakirə olunmur. Bildirdik ki, bizə Bakıya aparılacağımızı deyiblər. Kapitan rütbəli zabit izahat verdi:
- Sizə çox şey deyə bilərlər. Mən isə generalın əmrini yerinə yetirirəm. Bizi güc islətməyə məcbur etməyin. Təhlükəsizliyiniz tam təmin ediləcək.
Biz bir-birimizə baxdıq. Etiraz etməyin yeri yöx idi. Hərbçilərin müsayiəti ilə vertolyota mindik. Ermənilərlə bizim aramızda canlı sədd yaratdılar. Vertolyot havaya qalxaraq, Qarabağa tərəf istiqamət götürdü.
VƏTƏNƏ DOÄžRU. XOŞ GÖRDÜK, AÄžDAM!































































































