Ümid Partiyası sədrinin müavini təltif olundu

Hazırda oxunan: Ümid Partiyası sədrinin müavini təltif olundu

67201
Ümid Partiyasının Mərkəzi Qərargahında “İstanbul Qarapapaq (Tərəkəmə) Dərnəyinin”x9d başqanı Engin Aybirdi və müavini Mustafa Yıldızla görüş keçirilib.

Moderator.az xəbər verir ki, Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin iştirakı ilə keçirilən görüşdə Türkiyə Azərbaycan əlaqələri, Türk dünyasının sorunları, Güney Azərbaycan və digər mövzularda fikir mübadiləsi aparılıb.

Görüşün sonunda soydaşlarımızla bağlı apardığı geniş fəaliyyətə görə Ümid Partiyası sədrinin İctimaiyyətlə Əlaqələr və Xaricdə yaşayan soydaşlarımızla iş üzrə müavini Rüfət Muradlıya Türk Dünyasına xidmət üzrə mükafat təqdim olunub. Eyni zamanda səmimi görüş və Türk Dünyası ilə əlaqələrin genişlənməsi üçün gördüyü işlərə görə qonaqlar millət vəkili İqbal Ağazadəyə dərin təşəkkürlərini bildiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin