Milli Şuranın hüquq komissiyasının sədri, tanınmış hüquqşünas Vidadi Mirkamal tarixçi professor Cəmil Həsənlini doğum günü münasibətilə təbrik edib.
Onun Moderator.az-a göndərdiyi təbrik məktubunda deyilir:
"Bu gün sözün həqiqi mənasında böyük ziyalı, fədakar insan, həqiqi alim Cəmil Həsənlinin dogum günüdür. Onu dogum günü münasibətilə təbrik edirəm. Cəmil müəllimi ötən əsrin 70-ci illərindən tanıyıram. Universitetdə 25 il bir yerdə çalışmışıq. Cəmil müəllim az insanlardan biridir ki, öz simasını, əqidəsini qoruyub saxlaya bilib və haqsızlıga, özbaşınalığa, korrupsiyaya, repressiyalara qarşı mübarizənin önündədir. Cəmil müəllimə gələcək ad günlərini Azad, Demokratik, Müstəqil Azərbaycanda qeyd etməyini, ugrunda hər cür məhrumiyyətlərə sinə gərdiyi və mübarizə apardıgı idealların həyata keçməsini arzu edirəm."






























































































