Ümid partiyası qiymət artımı ilə əlaqədar bəyanat yaydı

Hazırda oxunan: Ümid partiyası qiymət artımı ilə əlaqədar bəyanat yaydı

66960
Moderator.az xəbər verir ki, Ümid Partiyası son qiymət artımı ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"12 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında”x9d Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli Qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulub.

Ümid Partiyası yanacağın qiymətinin artırılmasından sonra gözlənilən digər qiymət artımları ilə bağlı narahtçılığını bildirərək bəyan edir ki, yanacağın qiymətinin artırılması digər yeyinti və sənaye mallarının qiymətinin artmasına da təsir edəcək. Digər məhsullarda qiymət artımı yanacağın qiymətinə əlavə olunan artımdan iki dəfə çox ola bilər. Maaşlarla qiymətlərin uzlaşmadığı bir zamanda bu qiymət artımı onsuzda vəziyyəti ağır olan aztəminatlı ailələrin vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxaracaq.

Partiya Tarif Şurasını yanacağın qiymətinə yenidən baxmağa, hakimiyyəti dünyada qlobal iqtisadi böhranın baş verdiyi bir zamanda aztəminatlı ailələri nəzərə alaraq təcili tədbirlər planı hazırlayıb əməli addımlar atmağa çağırır."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin