ATƏT-in Minsk qrupunun Qarabağ probleminin həllində üzərinə düşən missiyanı yerinə yetirə bilməməsi, Azərbaycan və Ermənistan arasında problemin sülh yolu ilə həllinin hələ də realaşmaması və həmsədr ölkələrin ermənipərəst, ikili siyasəti artıq uzun müddətdir ki, Azərbaycan tərəfindən sərt şəkildə tənqid edilməkdədir. Xüsusilə də, millət vəkilləri tərəfindən Minsk qrupuna həmsədrlik edən dövlətlərin ünvanına kifayət qədər ağır ittihamlar səsləndirilib ki, bu ittihamlara cəmiyyətin münasibəti heç də birmənalı deyil. İnsanların bir çoxu hesab edir ki, prosesə sadəcə vasitəçi qismində qoşulan Minsk qrupunu bu şəkildə tənqid etmək, bütün məsuliyyəti onun üzərinə qoymaq düzgün deyil. Bundan başqa, vətəndaşların bir çoxu hesab edir ki, madam ki, Azərbaycan Minsk qrupunun fəaliyyətindən bu qədər narazıdır, o zaman onun vasitəçiliyindən imtina edərək problemi hərbi müstəvidə həll etməyə səy göstərə bilər. Hansı ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan odusu müharibəyə tam hazırdır və qısa zamanda işğaldakı bütün torpqların azadlığını təmin edə bilər.
Maraqlıdır, Azərbaycan fəaliyyətini bəyənmədiyi
Minsk qrupundan niyə imtina etmir? Minsk qurupunun fəaliyyətini tənqid edə-edə
onun fəaliyyətinə ümid bəsləmək nə dərəcədə məntiqlidir?
Bununla bağlı Moderator.az saytı və “Hürriyyət”x9d
qəzetinə açıqlama verən millət vəkili Fəzail Ağamalı hesab edir ki, Minsk
qrupundan imtinanın alternativi yalnız müharibə ola blər ki, mövcud beynəlxalq
şərait buna imkan vermir:
"Minsk qrupunun alternativ variantı müharibədir. Minsk
qrupuna bu mandat verilib. Minsk qrupu həmsdr dövlətlərin iştirakı ilə
problemin həlli istiqamətində iş aparır. Təəssüflər olsun ki, Minsk qrupuna həmsədr
dövlətlər öz üzərlərinə düşən vəzifələri yerinə yetirə bilmirlər. Başqa bir
alternativ variant BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi, qərarı ilə həyata
keçirilə bilər. Necə ki, Əfqanıstanda problemin həllinə bu cür rəvac verildi.
ABŞ, NATO lazımi qərarı qəbul edərək bu problemin həllini təmin edə bilərlər.
Lakin bu qərarı Ermənistanla bağlı qəbul etmirlər. Düşünmürəm ki, də onlar Ermənistanla
bağlı belə bir qərar qəbul edə bilərlər. Çünki ortada BMT-nin Təhlükəsizlik
Şurasının 4 qətnaməsi də var. Bu qətnamələrin icrasını özündə ehtiva edən dövlətlərin
üçü Minsk qrupunun həmsədridir. Yəni istəsələr bunu edə bilərlər, lakin etmirlər.
Burada səbəblər də çoxdur və onların izahı çoxlu vaxt tələb edir. Məncə Minsk
qrupunun prosesdən uzaqlaşdırılması ilə bağlı Azərbaycanın qərar qəbul etməsinin
ardınca atılacaq növbəti adddım müharibə qərarıdır. Lakin indiki beynəlxalq şərait
hələ ki, buna imkan vermir".
Seymur Əliyev































































































