Ev dustaqlığına buraxılan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovla bağlı cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Moderator.az-a mötəbər mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Ş.Sultanov Cinayət Məcəlləsinin 10 maddəsi üzrə təqsirləndirilir:
"Şahin Sultanovla
bağlı cinayət işi məhkəməyə göndərilib. Vitse-admiralla bağlı cinayət işi əsasında
təqsirləndiriləndən 25 nəfərdən 6 nəfəri həbs olunub. Qalanları isə ev
dustaqlığına buraxılıb. Ş.Sultanov isə 177.2, 179.2.1, 179.2.2, 179.2.3, 24,
132, 179.3.2. 314.3.2, 312.2 və 313-cü maddə ilə təqsirləndirilir. Barələrində
həbs-qəti imkan tədbiri seçilən, hazırda həbsdə olan Əsgərov Kazım Adil oğlu isə
179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilir".































































































