Anar Yusifoğlu İTV-yə qayıtdı

Hazırda oxunan: Anar Yusifoğlu İTV-yə qayıtdı

66462
İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinat olub. 

Moderator.az Lent.az-a istinadən xəbər verir ki, əvvəllər İTV-nin Analitik Proqramlar Departamentinin direktoru işləyən Anar Yusifoğlu adıçəkilən televiziyanın İnformasiya və İctimai-Siyasi Proqramlar Departamentinin direktor müavini təyin edilib. A. Yusifoğlu 2013-cü ilin sentyabrında vəzifəsindən azad edilmişdi. O, hazırda aktual.az saytına rəhbərlik edir.

 Qeyd edək ki, İctimai Televiziyanın İnformasiya və İctimai-Siyasi Proqramlar Departamentinə hələlik direktor təyin edilməyib. Adıçəkilən departament İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini Şaiq Məmmədovun kurasiyasındadır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin