Müsavat Partiyası başqanının müavini Osman Kazımov
“Bir ildən
sonra yatmış millət Qarabağsız bir ili də yola salacaq. Yenə
fişənglər atılacaq,yenə hay küylü təbriklər. Manıslar oxuyacaq. Hamı şənlənəcək.
Cavanlarımız şıdırğı Yanıq Kərəmi
oynayacaq.Türk oğlu Kərəmlə məliyin qızı Əslinin sevgisini qutlayacaq. Bir
Qarabağımız gözü yaşlı tapdaq altında erməni səngərlərindən bizə boylanacaq -
son üzülən ümüdlərilə. Kimsə ağzı dolusu bayram təbriki deyəcək, uğurlu inkişafdan
danışacaq. Tükəzban xala yeni ildə ac qalmamaq üçün küçədə dilənçilik edəcək.
Dilənçilikdən qazandığına sevinəcək. Ələmşah kişi uşaqlarını sevindirmək üçün
nisyə düyü, toyuq götürəcək aş bişirib 2016-nı qutlamaq üçün. Bir Qarabağımız
gözü yaşlı, sinəsi dağlı vətənə boylanacaq. Son üzülən ümüdləri ilə. Sənə
bayram yaraşmır millət. Səbrini allah kəssin”x9d.





























































































