ABŞ girovlardan xəbərsizdir

Hazırda oxunan: ABŞ girovlardan xəbərsizdir

66037
Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə "hökm" oxumasından xəbərsizdir.xa0

ANS PRESS -in ABŞ bürosunun məlumatına görə, bunu ötən gün brifinq keçirən departamentin Jeff Ratke deyib.xa0

Brifinqdə ANS-in Ermənistanda girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qondarma məhkəmə prosesi və onlara verilən ədalətsiz qararala bağlı sualını cavablandırmayıb.xa0

"Mənim bu məsələ ilə bağlı heç bir məlumatım yoxdur. Bunu nəzərdən keçirərəm və brifinqdən sonra çalışaram nəsə öyrənim".xa0

Maraqlıdır ki, Dövlət Departamentinin sözçüləri artıq 2-ci dəfədir ki, Azərbaycan girovları ilə bağlı suallarımızı cavabsız qoyur. "Azadlıq" radiosunun əməkdaşlarının istintqa çağırılmasından dərhal xəbər tutan Departament iyul ayından bəri girovluqda olan Azərbaycanlılar barədə isə hələ də məlumatsızdır.xa0

Mətbuat konfransında erməni jurnalist isə rəsmi Vaşinqtonun "Azadlıq" radiosunun sadəcə bəyanat verməklə kifayətlənməməli olduğunu, radionun bağlanmasının Birləşmiş Ştatlar-Azərbaycan münasibətlərinə niyə təsir etmədiyi haqda israrla sual ünvanlayıb. Jeff Radki isə ABŞ-Azərbaycan münasibətlərini pisləşməsinin nzərdən keşirilmədiyini dedi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin