“Azadlıq”x9d radiosunun bağlanması dövlətlərarası münasibətlərə təsirsiz ötüşməyəcək”x9d

Hazırda oxunan: “Azadlıq”x9d radiosunun bağlanması dövlətlərarası münasibətlərə təsirsiz ötüşməyəcək”x9d

65935

Prokurorluq əməkdaşlarının “Azadlıq”x9d radiosunun Bakı ofisinin redaksiyasında həyata keçirdiyi axtarış, bunun ardınca redaksiyanın qapadılması ölkə gündəmini məşğul edən əsas məsələlər sırasındadır. Baş verən bu olayın fərqli aspektlərdən şərhinə səbəb sözügedən radionun ABŞ tərəfindən maliyyələşməsi, bir növ ABŞ-ı təmsil etməsi ilə bağlıdır. Təsadüfi deyildir ki, baş verən məlum olaydan sonra KİV-ə açıqlama verən bəzi ekspertlər bunu hakimiyyətin Ağ Evə meydan oxuması kimi dəyərləndirib. Onların fikrincə, hakimiyyət bununla ABŞ-la razılaşmaq, onun mövqeyini nəzərə almaq məcburiyyətində olmadığını növbəti dəfə ortaya qoymuş oldu.

Maraqlıdır, “Azadlıq”x9d radiosu ilə bağlı baş verənlər hakimiyyətin ABŞ-a meydan oxuması kimi dəyərləndirilə bilərmi? Bu, ABŞ-Azərbaycan münasibətlərində yeni bir gərginliyə yol açacamı?

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən “Yeni Nəsil”x9dJurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, bu, heç bir halda iki dövlət arasındaklı münasibətlərə təsirsiz ötüşə bilməz: “Azadlıq”x9d radiosu ilə bağlı baş verən məsələ sadəcə media hüquq və azadlığına aidiyyatı olan məsələ deyil, bu həm də dövlətlərarası münasibətlər məsələsidir. Çünki “Azadlıq”x9d radiosunun Azərbaycandakı fəaliyyəti bizim və sizin fəaliyyətimizdən fərqli sənədlərlə tənzimlənir. Bu, dövlətlərarası müqavilə və razılaşmalarla tənzimlənir. Biz dəfələrlə müşahidə etmişik ki, “Azadlıq”x9d radiosu ilə bağlı məsələ dövlətlərarası müzakirələrə səbəb olub. Odur ki, əminəm ki, baş verənlər dövlətlərarası münasibətlər üçün təsirsiz ötüşməyəcək. Bununla bağlı ya iki dövlət arasında əvvəlcədən hansısa müzakirə olmalı idi. Belə bir müzakirənin olub-olmadığını dəqiq deyə bilmərəm. Ya da bu, sonrakı mərhələdə xeyli gərginlik yaradacaq”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin