Bəyanatı Moderator.az oxucularına təqdim edirik:
"Azərbaycan hakimiyyətinin "Azadlıq" radiosunun Bakı ofisini bağlaması çox pis hadisədir. Bu, azad sözə, fikir plüralizminə qarşı həyata keçirilmiş qəsddir və ən ağır dillə qınanmalıdır. Fəqət radionun rəhbəri Nenad Pejicin baş verənləri quldurluq adlandırması hadisəyə verilmiş adekvat qiymət deyil. Hətta deyərdim ki, həddini aşmaqdır. Cənab Nenad Pejic münasibət bildirərkən özünün jurnalist, ittiham etdiyi tərəfin isə bir dövlət olduğunu anlamalıydı. Mahiyyətindən asılı olmayaraq istənilən dövlət hansısa bir millətin siyasi iradəsini təmsil edir və ən azı bu səbəbdən onun haqqında fikir bildirərkən sayqı və nəzakət sınırları aşılmamalı, cümlələr düşünülərək seçilməlidir. ABŞ Konqressindən maliyyələşən bir radio rəhbərinin bu sayqısız ifadələri bir vətəndaş kimi mənim könlümü yaralayır. O başqa söhbətin mövzusudur ki, bizim başbilənlərimiz də öz kobud siyasi səhvləriylə bu cür dəyərləndirmələrə yol açırlar.
Məni daha çox narahat edən isə Azərbaycanın ictimai-siyasi xadimlərinin mövqeyidir. Onların hadisəyə söz azadlığı konteksindən yox, beynəlxalq siyasət aspektindən yanaşması və bu məsələdə ABŞ oryantasiyalı mövqe tutması ürək açan hal deyil. Anlamaq lazımdır ki, söz azadlığı, demokratiya ABŞ-a xoş gəlmə üçün yox, vətəndaşların rifahı, inkişafı, ədalətli dövlətdə yaşamaq haqqı üçün lazımdır və istənilən hadisəyə münasibətimiz məhz bu dəyərlər üzərində formalaşmalıdır. İndiyə qədərki siyasətiylə "dovşana qaç, tazıya tut deyən" ABŞ-a qalsa bu məmləkət heç bir zaman demokratiya üzü görməyəcək.
Qısası, fikir bildirərkən nə danışdığımızı ölçüb-biçməkdə fayda var, bəylər!"