Kəmaləddin Heydərovun Şamaxıdakı görüşündə izdiham yaşanıb...

Hazırda oxunan: Kəmaləddin Heydərovun Şamaxıdakı görüşündə izdiham yaşanıb...

65797
Şamaxıdakı mənbələrdən Moderator.az-a verilən məlumata görə, bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşmək istəyənlər umsuq olublar...

Belə ki, Kəmaləddin Heydərov cəmisi iki-üç nəfər şəhid ailəsi ilə görüşdükdən sonra gözlənilmədən rayonu tərk edib. Onunla görüşmək üçün ətraf rayonlardan Şamaxıya üz tutanlarsa bundan pərt olublar. Saat 11-də görüşə başlayana K. Heydərov bir saat sonra estafeti digər naziri müavini Orucəli Rzayevə, digər rəsmi şəxslərə təhvil verib Şamaxını tərk edib. 

Saytımıza verilən məlumata görə, bir çox şikayətçi Orucəli Rzayevin qəbuluna düşməkdən imtina edərək rayonu narazı halda tərk edib. Buna baxmayaraq görüşə çoxlu sayda-təxminın 500 nəfər-şikayətçi gəldiyindən 100-120 nəfərin dinlənildiyi bizə çatan məlumatlar arasındadır...

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin