Xəbər verildiyi kimi qardaş Türkiyədə son 12 ildə intihar edən 1200 hərbçinin ailəsinə kompensasiyanın verilməsi məsələsi müzakirə olunur. Bu niyyətlə Türkiyənin müdafiə naziri İsmət Yılmaz məsələ qaldırıb. İ.Yılmazın təşəbbüsü bəzi millət vəkilləri tərəfindən də dəstəklənib. Məsələn, TBMM-də CHP-nin İzmir millət vəkili Mustafa Moroğlu deyib: “Əsgərlik vəzifəsini yerinə yetirərkən mətbəxdə, avtomobil istifadə edərkən qəzaya düşüb yaralananlara, şikəst qalanlara təzminat və maaş veririksə, intihar edənlərin yaxınlarına da bu haqq tanınmalıdır”x9d.xa0
CHP-nin İstanbuldan olan millət vəkili Mahmud Tanal da intihar olaylarının getdikcə artdığına diqqət çəkərək, təzminat mövzusunun bir an əvvəl həyata keçirilməsini istəyib.
Türkiyənin müdafiə nazirinin bildirdiyinə görə, bu dəyişiklik parlament tərəfindən məqbul hesab edilsə, 1111 saylı “Hərbi xidmət haqqında”x9d qanununda ediləcək. Dəyişikliyə əsasən intihar edən hərbçilərin ailəsinə 40 min lirəyə qədər təzminat ödəniləcək.
Maraqlıdır, Azərbaycanda intihar edən hərbçilərin ailəsinə də belə bir kompensasiyanın verilməsi məqsədəuyğun olmazmı? İntihar edən hərbçilərin yaxınlarına bədbəxt hadisə nəticəsində dünyasını dəyişən və ya döyüş tapşırığını yerinə yetirərkən şəhid olanlarla eyni kompensasiyanın verilməsi təklifi ilə bağlı ictimai-siyasi xadimlər, ekspertlər nə düşünür?
Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən millət vəkili Zahid Oruc hesab edir ki, Türkiyə böyük müstəqillik tarixinə malik bir dövlətdir və Azərbaycanı bu məsələdə qardaş ölkə ilə müqayisə etmək olmaz:
“Məlum məsələ fərqli ölkələrdə fərqli quruculuq gerçəkliyinin spesifikasına bağlıdır. 100 illlik müstəqilliyə malik bir dövlətin hərbi praktikası ilə Azərbaycanı eyni götürmək olmaz. Biz ilk növbəfə ona çalışmalıyıq ki, hərbi sistemdə kimsə özinə qəsd etməsin, intihar halları minimuma endirilsin və hətta ümumiyyətlə baş verməsin. Təbii ki, istənilən ölkənin hərbi qurumları, hərbi yetkililəri ilk öncə bu məsələni qarşıya qoymalıdırlar. Orduda intiharların hansı səbəbdən baş verməsini araşdırmaq lazımdır. Hər bir məsələ ayrıca yanaşma tələb edir. Belə bir deyim var, tabutun gözəlliyi heç bir insanı ölümə sövq edə, ölümə həvəsləndirə bilməz. Sığorta məbləği də özünə qəsd etməsi üçün şərt deyil. Lakin biz onu da nəzərə almalıyıq ki, birbaşa döyüş tapşırığını yerinə yetirən, hərbi əməliyyatda iştirak edən, kəşfiyyat fəaliyyətini yerinə yetirən və bu zaman həyatını itirən insanlarla hansısa psixoloji böhran səbəbi ilə özünə qəsd edən şəxsi eyni tutmaq və bunların hər ikisinə eyni məbləğdə kompensasiya vermək düzgün deyil. Bir daha qeyd edirəm ki, biz öncə intiharı doğuran səbəbləri ortadan qaldırmalıyıq. Əgər orduda dedovşinadan və ya digər arzuedilməz olaylardan dolayı bu cür hadisələr baş verirsə, o zaman buna görə məsuliyyəti o hadisəni törədən, buna şərait yaradanların üzərinə qoymaq lazımdır”x9d.
Millət vəkili hesab edir ki, belə bir kompensasiya valideynlər üçün təsəlli sayılmasa da, onların sosial durumunun yaxşılaşmasında rol oynaya bilər:
“Valideyn övladını 18 yaşına qədər böyük ümidlərlə, zəhmətlə, çətinliklərlə böyüdür, dövlətə əmanət edir. Bu baxımdan övladının hansı şəraitdə - döyüşdəmi həlak olması, ya hansısa psixoloji böhran səbəbi ilə intihar edərək dünyasını dəyişməsi valideyn üçün övlad itkisi baxımından o qədər də fərq etmir. Valideyn gələcək davamçısını itirdiyini bilən ki, ciddi mənəvi zərbə almış olur. Bu baxımdan təbii ki, valideynin sosial yaşamını müəyyən qədər kompensasiya etmək baxımından bəzi addımlar atılmalıdır. Təbii ki, heç bir valideyn üçün maddiyyat övladı əvəz edə bilməz. Lakin biz onu da nəzərə almalıyıq ki, övlad itkisi valideyn üçün yalnız mənəvi baxımdan deyil, digər baxımdan da problem doğurur.
Mən qanunvericilikdə döyüş tapşırığını yerinə yetirən zaman həlak olanlarla intihar edən hərbçilərin ailəsinə eyni məbləğdə kompensasiya verilməsini ədalətli hesab etmirəm. Hər bir situasiya ayrılıqda dəyərləndirilməlidir. Araşdırmaq lazımdır ki, bu nə üçün olub? Nə üçün baş verib? Məsələnin bir də mənəvi-ruhi tərəfi var. Dini nöqteyi nəzərdən da insanın özünə qəsd etməsi çox böyük bir günahdır. Biz ordu sistemində elə münasibətləri bərqərar etməliyik ki, intihar halları baş verməsin”x9d.
Seymur Əliyev
xa0





























































































