"YAP-a olar, “Yeni Müsavat”x9da yox..."

Hazırda oxunan: "YAP-a olar, “Yeni Müsavat”x9da yox..."

63974
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsində də onun hədəfə alınmasına maraqlı münasibət sərgiləyib:

"Dostlar, bizi bilən bilir. Düşmənimiz də haqsız yerə həbs olunsa, prinsiplərin yanında, haqsızlığa uğrayanın arxasındayıq. Bu dəfə də belədir və kimlər X. İsmayılovanın həbsinin üstündən nə qədər çirkin oynasa da, belə olacaq. Amma biriləri yazanda ki, Xədicəni də mən tutdurmuşam, vallah, hətta mənim kimi çörəyi sözdən çıxanların da deməyə sözü qalmır. Şikayətçi ortada - Meydan TV-nin yaxın zamanlara qədər əməkdaşı olub və Azadlıq Radiosunda da Xədicə İsmayılla bir yerdə işləyiblər, dostluq münasibətləri olub. Adı da Tural Mustafayevdir... Mənə heç uşaq vaxtı da Tural deməyiblər... Meydan TV və Azadlıq Radioları layihələrinə görə də məsuliyyət daşımıram. Yazdıqlarıma, tənqid etdiklərimə görə adam tutan idisə, onda gərək bu iqtidar Ziya Məmmədovun bütün klanını türməyə basaydı. Əməkdaşımızı döydülər, ortada video-görüntü də vardı, lakin nə qədər yazıb-pozduq, sifarişçi Aynar Məmmədovu tutmadılar. 
İndi keçmiş dostun xəyanətini də mənim adıma yazırlar. Ağ olur axı, bu qədər də olmaz ki...
Bir NİDA gənci də yazır ki, Rauf Arifoğlu bizim məhkəmədən çəkdiyimiz şəkli icazəsiz qəzetə verib, üstünə də adını yazmayıb. Sonra da yazır ki, ümumiyyətlə qadağan edirəm, tez Xədicənin mən çəkən şəklini çıxartsın Rauf Arifoğlu, manşetdən. Şəklini yesinlər sənin. Bunu yayanda əvvəldən yaz da üstünə: "YAP-a olar, Yeni Müsavata yox", - deyə...
Bir də....axı hər kəs bilir ki, təsisçi qəzetə, sayta şəkil seçmir. Bununla bağlı konkret işçilər var. Gündə 150-200 xəbər, 500 civarında da şəkil yayırıq. Mən onlara necə baxa bilərəm ki...
Ümumiyyətlə, bir qrup adam ağını çıxarıb. Adamlar rəsmən səhər açılandan, gecənin bu vaxtınacan, mənimlə məşğuldurlar. Psixoloq dostlardan xahiş edirəm, buna bir izahat versinlər. Bu adamlar bir qəzetdən və onun baş redaktorundan nə istəyə bilərlər? Qəzetdən xoşları gəlmirsə, niyə hər 5 dəqiqədən bir onu yeniləyib, hər xəbərə, detala, fotoya təftişçi gözü ilə yanaşırlar? Nə baş verir? Bu "müfəttişlər" niyə özlərinə bu qədər işgəncə verirlər? Niyə bizi oxumamağı bacarmırlar?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin