Baş qeyrətə məzar olub, papaq onun baş daşıdır...

Hazırda oxunan: Baş qeyrətə məzar olub, papaq onun baş daşıdır...

63962
Tanınmış publisist-şair Heydər Oğuz ölkədə reallaşan hər səsli-küylü həbsdən sonra bu şeirini paylaşır. Etirazın ədəbi forması kimi...





Papaq

Anlamıram bir mətləbi,
Mənə başa salın bunu.
Biz səbrli millətiksə,
Bəs, bu səbrin yox mu sonu?

Hər təhqirə dözə-dözə
Zülmə boyun əyirik biz.
Sonra “papaq altda yatan
Oğullar var”x9d- deyirik biz.

Deyin mənə, hansı haqla
O papağı daşıyırıq?
Dəyərsizlik ölkəsində
Bir halda ki, yaşayırıq.

Qadınlara torba tikən
“Kişiciklər”x9d olan yerdə
Ürək hələ dayanırsa
Bu ləkəyə, belə dərdə,

Demək, hələ papaq altda
Gizlənən baş bir baş deyil.
Qeyrət hissi o başları
Oyadacaq təlaş deyil.

Bir halda ki, bu məmləkət
Zülm əlində viran olur,
Nəslimizin sərvətləri
Yağmalanır, talan olur.

Papaq altda başlarımız
Hələ yenə oyanmırsa,
Neyləyirəm o papağı
Altda nəsə dayanmırsa ?

Papaq əgər qoruyursa
Bizi yalnız qardan, qışdan
Barı onda danışmayaq
Papaq altda yatan başdan.

Namus adlı torpağını
Yad əllərə verən adam
Utanmadan hər bir günü
Eləyirsə şənlik, bayram,

Demək itirib ağlını
Bilmir nə pis, nə yaxşıdır.
Baş qeyrətə məzar olub
Papaq onun baş daşıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin