Tanınmış şair-publisist Nurəddin İsmayıl görkəmli jurnalist Qulu Məhərrəmlini 60 illik yubileyi münasibəti ilə təbrik edib. Moderator.az-a daxil olan təbrik məktubunda deyilir:
“Qütbləşmənin,
qarşıdurmanın, təfriqə və siyasi intriqaların cəmiyyət üçün nə qədər ziyanlı,
dağıdıcı olduğunu ürək yanğısı ilə dilə gətirən, hər yazısı, hər araşdırması cəmiyyəti
oyanışa səsləyən, çoxlarının alver predmetinə çevirmək istədiyi müqəddəs jurnalist
peşəsini göz bəbəyi kimi qoruyan, sağlam tənqidi, səlist məntiqi, pedoqoji
ustalığı ilə seçilən təvazökar, alicənab Qulu müəllim adlı bir insan var, sıramızda.
Sürüşkənliyi sevməz-sabit
qədəmdir, özündən çıxmağı xoşlamaz-təmkinlidir, nöqsanlar gözündən yayınmaz-nəzəri
itidir, tərifi sevməz-könlü toxdur, şöhrət dalınca qaçmaz- ehtiyacı yoxdur, cəhaləti
rədd edər-aydındır, avtoritarlığın ziddinədir-zatən demokratdır, diletantlara
baş qoşmaz-peşəkardır, təltif güdməz- xalqı üçün xidmətkardır, alçatmaz-ucadır,
yol göstərər-müəllimdir, ustadır, hər kəsə qucaq açar-zərərsizdir,
qorxmasınlar-tənqidində qərəzsizdir, üzü gülər-içi hüznlüdür, mərddir-cəfaya
dözümlüdür.
Kamillik zirvəsinə doğru
gedən yolunuz mübarək, Qulu müəllim”x9d.































































































