Əgər Talış xalqından bir talış gənci belə həyatda qalarsa- ŞOK

Hazırda oxunan: Əgər Talış xalqından bir talış gənci belə həyatda qalarsa- ŞOK

63521
Moderator.az ikinci qrup Qarabağ əlili, "Rembo" ləqəbli Elxan Əlibəylinin poçtumuza göndərdiyi sensasiya hesab olunacaq yazısını oxuculara təqdim edir:

Talışı məkrli oyunlara alət etməyin!

Facebook səhifələrində izlədiyim TMV (Tolişə milliyə vindəsədo) - Talış Milli Televiziyasının yaxınlarda teleyayımda olacağı haqqında reklamlar digərləri kimi məni də həyəcanlandırmaya bilməzdi və müasir dövrün digər xalqları kimi mənsub olduğum talış xalqının da tezliklə bir televiziyaya malik olacağı ümidilə onun yayım gününü səbirsizliklə gözləyirdim. Vaxt vədəsinə gəlib çatanda "Youtube" uzərindən yayımı izləməyə başladım. 

Gördüklərim məni bunun necə bir "TMV" oldugunu, nəyə xidmət edəcəyini, talışlara nə kimi xeyiri və ziyanı olacağı barədə duşunməyə vadar etdi. Ümidlərim alt-üst olmuşdu. Mən bu televiziyanın Moskvadan yayınlanacağını ehtimal edirdim və talış gənclərinin orada iştirak edəcəklərini düşünmüşdüm. Təəssuf ki, hər şey mənim düşündüyüm kimi deyilmiş. 

İlk əvvəl heç nə başa düşməmişdim. Bu arada "TMV"-nin aparıcısı Zabilə mesaj yazdım və bildirdim ki, əgər bu talış milli televiziyasıdırsa, nədən orada Talışın yaşadığı arealı büs-bütün tərənnüm edən düzgün bir xəritə yoxdur. O da cavabında mənə "göndərdiniz qoymadım, tək-tənha mən hansı işi görüm?" - dedi. Mən də ona əlimin altında olan bir xəritəni yolladım və "nə lazımdırsa, əlimdən gələni edərəm, təki ana dilimdə danışan bir televiziya olsun" - dedim. Bu arada gənclərdən biri mənə yazdı ki, "sən əgər incəliyinə qədər proqramı seyr etsəydin orada talış xəritəsini görərdin". Mən də oturub yenidən bu proqramı incəliyinə qədər seyr etdim və doğrudan da 1 saat 17 dəqiqə 40-cı saniyədə saat əqrəbinin təsvirinin arxa planında mənim göndərdiyim xəritəyə oxşar bir şey gördum. 

Artıq diqqətlə izlədiyim proqramın anatomiyasi mənə məlum idi: dialekti talışla yaxından uzaqdan əlaqəsi olmayan, danışdıqları belə anlaşılmayan qızlar və oğlanlar, həyatda hər şeydən umidlərini üzmüş, özlərini talış liderləri adlandıran Ələkrəm Hummətov, Fəxrəddin Abbaszodə və Zahirəddin İbrahimi... 

Özüm-özümdən soruşdm: Əcaba, bu televiziya Moskvadan yayımlanırsa, nədən Fəxrəddin studiyada deyil və ora "Skype" vasitəsi ilə gecəlik paltarda qatılır? Bu qədər gənci Ermənistandan Moskvaya gətirə bilmədiklərinə görə, Zabilin Ermənistana getməsi qənaətinə gəldim. O Zabil ki, bu muqəddəs Məhərrəm ayında Imam Hüseyn şəhadəti üçün oxuduğu mərsiyələrlə məhşurdur. Bu an Ələkrəmin vaxtilə mənə dedikləri yadıma düşdü. Söhbət əsnasında ondan "Siz nədən Fəxrəddinin Ermənistana getməsinə razı oldunuz, axı bu böyük səhv idi" - soruşanda, o, mənə belə cavab vermişdi: "Fəxrəddin liderlik həvəsində idi, mən də onu ora göndərdim ki, dimdiyini qıram". Son zamanlar Zabil də yaman hərəkətlənmişdi və dimdik qırmaq növbəsi görünür ona çatmışdı. 
 
Mən baş verənlərlə bağlı ilk növbədə talışlara öz sözümü demək istəyirəm. Həzrəti Peyğəmbər nəvəsi İmam Hüseynin dini yolda necə şəhid olacağını bilirdi və bunun qabağını almağa da gücü və qüvvəsi yetən bir şəxsiyyət idi. Amma yaratdığı din üçün bunun vacib olduğunu da gözəl bilirdi. Yezidin demək olar ki, hər kəsi şəhid etdiyi bu Kərbəla savaşında bir xəstə Həzrəti Zəynalabiddin sağ qalmışdı və bir də qadınlar. O xəstə Həzrətin nələr etməsindən çoxları məlumatlıdır. O qadınlar, başda Həzrəti Zeynəb olmaqla nələr etdi, onu da hamı bilir. Məhz Allahın hökmülə bu fiziki cəhətdən xəstə və zəif insanlar sayəsində Həzrəti Peyğəmbərin əhli-beyti yaşadı və nəslini davam etdirdi. Imkan verməyin millətimizi bu qədər aşağılasınlar. Əgər Allah eləməmiş Talış xalqından bir talış gənci belə həyatda qalarsa, Allahın hökmü varsa, bu xalq yaşayacaq və ucalacaq. Biz hər zaman əbu Sufyan nəslinə lənət etməliyik, onlardan gələn hər şəyi rədd etməliyik. Erməni ilə Əbu Sufyanin hec bir fərqi yoxdur.

Mən buradan Azərbaycan Respublikası prezidenti Ilham Əliyevə səslənirəm. Cənab prezident, Siz bunu necə qəbul edirsiniz ki, seckilərdə səsinizin coxluğunu qazandığınız bir xalqı belə uçurumlara aparırlar? Nədən Azərbaycanda talışların doğma yurdlarında onlara aid bir televiziya və bir radio olmasın? Nədən hökümətiniz belə həngamələrə əl yeri verir?

Mən Azərbaycan ziyalısına və siyasi partiya rəhbərlərinə müraciət edirəm. Xalqımızın bu çətin günündə yanımızda olmağınıza umid edirik, xalqımızın elementar hüquqlarının tanınmasına dəstək olun, onun məkrli oyunlarda alət olmasında susqun mövqe nümayiş etdirməyin, qardaşlığımızı əməldə göstərin.

Azərbaycanda yaşayan digər xalqların nümayəndələrinə xitab edirəm. Ermənistan və digər məkrli qüvvələr tərəfindən aparılan oyunlarda Talış xalqının predmet olmasına biganə qalmayın. Vətən uğrunda minlərlə şəhid vərən xalq bir- iki nəfər avanturistin umidinə qalmamalıdır. Xalqımın elementar hüquqları Azərbaycanda bərpa olunmalıdır və buna yardımınızı əsirgəməyin. 

Qafqaz müsəlmanlarının şeyxi Hacı Allahşükür Paşazadəyə səslənirəm. Hörmətli şeyx, Siz buna necə dözürsünüz ki, mənsub olduğunuz xalqı insanlığa yaraşmaz dərəcədə hörmətdən salırlar?  

Türkiyədə böyük bizneslə məşğul olan, Forbesin varlılar siyahısında adı keçən Mubariz Mənsimova çağırış edirəm. "Mənim şirkətimdə nəinki erməni, hətta erməni qarışığı olan bir kimsə işə duzələrsə və mənim bundan xəbərim olmazsa, o insan dərhal şirkətdən uzaqlaşdırılacaq. Erməni ilə ikinci və ya ücüncü dərəcəli qohumluğu olan insan da mənim şirkətimdə işləyə bilməz". Bu sözlər Sizə məxsusdur. Siz necə qəbul edirsiniz ki, millətinizi bu qədər aşağılayırlar? Yarım beyinli bir insanı Ermənistana aparıb, orada talışları aşağılayan proqramları seyr edəndə, hansı hissləri keçirirsiniz? Yoxsa siz bunları seyr etmirsiniz? Bəlkə Sizin üçün xalqınıza bir televizia kanalı açmaq əlçatmaz bir şeydir? Düşünün!

Qoy hamı düşünsün! Bizdən isə ancaq vəziyyətin bu səviyyəyə gəlib çatmasında rolu olan Əbu Sufyanlara lənət oxumaq qalır...

Elxan Əlibəyli
Rembo ləqəbli Qarabağ qazısı,
II qrup Qarabağ müharibəsi əlili


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin