Hövsan Aerasiya Stansiyasında ağacəkmə aksiyası keçirilib

Hazırda oxunan: Hövsan Aerasiya Stansiyasında ağacəkmə aksiyası keçirilib

63321

Moderator.az xəbər verir ki, İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma”x9d marafonuna “Azərsu”x9d Açıq Səhmdar Cəmiyyətinin kollektivi də qoşulub. Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə noyabrın 29-da  Hövsan Aerasiya Stansiyasında  ağacəkmə aksiyası keçirilmişdir.

Hövsan Aerasiya Stansiyasının ərazisində təşkil olunan ağacəkmə aksiyasında  400 ədəd zeytun, 400 ədəd eldar şamı tingi əkilmiş, ərazidəki yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, abadlıq işləri aparılmışdır. Tədbirdə “Azərsu”x9d ASC-nin və Suraxanı Rayon İcra Hakimiyyətinin 100-dək əməkdaşı iştirak etmişdir.

Qeyd edək ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilir. “Ümumrespublika yaşıllaşdırma”x9d marafonu  yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının bərpası, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin gücləndirilməsinə töhfələr verməkdədir.

Ekoloji sabitliyin təmin olunması və ətraf mühitin qorunmasına töhfələr verən  “Azərsu”x9d ASC  yaşıllaşdırma tədbirlərini bundan sonra da davam etdirmək niyyətindədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin