“Pakistan-Azərbaycan Media Forumu iki qardaş ölkə arasında uğurlu bir layihə olduğunu sübut etməkdədir”x9d.
Bunu Moderator.az-a açıqlamasında Pakistanın eks XİN başçısı və senatoru Əkbər Zəki azərbaycanlı jurnalist Ülkər Musazadənin və pakistanlı jurnalist Cavid Əli Bhattinin təşəbbüsü ilə start verilən Pakistan-Azərbaycan Media Forumunun verdiyi tövhələrdən danışarkən deyib. Onun sözlərinə görə, sözü gedən layihə Pakistan və Azərbaycan kimi qardaş ölkələri bir az da sıx əməkdaşlıq etməsi üçün böyük bir addım kimi qiymətləndirilməlidir: “Pakistan Azərbaycan Media Forumu ictimaiyyətə və iki dövlətin qardaşlıq əlaqələrinin möhkəmlənməsi sahəsində öz xeyrini verməkdədir. Bu addım çoxdan atılmalı bir addım idi. İndiki zamanda isə bu vacib bir amildir. Nəzərinizə çatdırım ki, bir çox rəqabət aparmaq iqtidarında olan dövlətlər məhz nümayişkaranə diplomatiya aparır. Nümayişkaranə diplomatiya altında isə informasiya müharibəsi aparılır. Bu gün razılaşmaq gərəkir ki, informasiya üzərindən siyasət böyük və aparıcı rola malikdir. Bu informasiya müharibəsinin iştirakçısına çevrilən dövlətlər beynəlxalq siyasi arenada öz mövqeyini sərgiləmiş olur. Əlbəttə həmin dövlətlərin informasiya üzərindən apardıqları diplomatik pozisiyaların uğurlu və ya uğursuzluğu digər dövlətlərin həmin dövlətin mediası ilə əlaqədar olur. Ona görə də, bu gün dövlətlər arasında əlaqələrin genişləndirilməsi üçün KİV böyük nüfuza malik bir vasitədir. Lakin olduqca vacib məsələ odur ki, iki dövlət arasındakı Kütləvi İnformasiya Vasitələrinin dostluğu təmsil etdikləri dövlətin siyasətini, mədəniyyətini, və ən əsası milli ideyasını tərənnüm edirsə bu böyük uğurdur. Pakistan Azərbaycan Media Forumu isə iki dövlət arasında olan bütün sadalanan amilləri özündə daşıyır. Bu iki dövlətin KİV-i arasında effektli proqressdir. Bu cür layihələr bir dövlətin başqa-başqa dövlətlərlə əlaqələrin sıxlaşmasına yardım etməyə qadirdir. Bu layihə inanıram ki, davamlı olacaq və onu parlaq gələcək gözləyir. Çünki qlobal KİV- layihələri beynəlxalq əlaqələrin möhkəmlənməsi istiqamətində böyük rol oynayır”x9d

































































































