Qara qutudakı erməni yalanı

Hazırda oxunan: Qara qutudakı erməni yalanı

62975
Ağdam üzərində vurulmuş erməni helikopterin pilotları üçün saxta dəfn şousu təşkil etmiş Ermənistan indi də qara qutu tamaşası təşkil edir. 

ANS PRESS-in məlumatına görə, Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan bildirib ki, helikopterin guya partlayış yerindən götürülmüş qara qutusu Ermənistanda ekspertiza ediləcək. Ovannisyanın sözlərinə görə, bunun üçün onlarla hərbçi, müstəntiq və ekspert cəlb edilib. Guya Ermənistan Müdafiə Nazirliyinin məqsədi öz içlərində olan günahkarları müəyyən etməkdir. “Vəziyyəti dəqiqləşdirmək bizim üçün çox vacibdir, düşmən indiyə kimi özünü belə aparmamışdı. Əgər günahkar varsa, o, aşkar ediləcək”x9d, - deyə Ovannisyan bildirib. 

Erməni hərbçinin sözləri nə qədər inandırıcı görünsə də, mütəxəssislər bu bəyanatı sadəcə blef adlandırırlar. Hərbi ekspert Azəd İsazadə Cənubi Qafqazda qara qutuları tədqiq etmək üçün laboratoriyaların olmadığını vurğulayıb. “İstər mülki, istərsə də hərbi helikopterlər olsun, Cənubi Qafqazda qara qutuları tədqiq etməyə laboratiroyialar yoxdur. Dəvət edilmiş mütəxəssislər belə bu laboratoriyalar olmadan heç bir iş görə bilmirlər. Cənubi Qafqazda belə hadisələr olanda qara qutular ya Rusiyaya, ya da Türkiyəyə göndərilir”x9d, - deyə Azad İsazadə ANS PRESS-ə bildirib. 

Artsurun Ovannisyanın bu bəyanatı bir daha göstərir ki, Ermənistan ordusu pilotların çıxarılması üçün helikopterin vurulduğu əraziyə heç bir əməliyyat təşkil etməyib. Pilotların dəfni ilə bağlı təşkil edilmiş şou isə daxili bazar üçün nəzərdə tutulmuş tamaşadan başqa bir şey deyil. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin