Bakıda 532 nəfər direktor müavini olmaq istəyir

Hazırda oxunan: Bakıda 532 nəfər direktor müavini olmaq istəyir

62971
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərində təlim ”“ tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün keçirilən müsabiqənin I mərhələsi başa çatıb.

Təhsil İdarəsinə istinadla verilən məlumata görə, verilən müddət ərzində (17 - 24 noyabr tarixlərində) 532 nəfər bakuedu.az saytında elektron ərizə ilə qeydiyyatdan keçib.

II mərhələdə qeydiyyatdan keçən namizədlər üçün imtahan təşkil olunacaq. İmtahandan uğurla keçən namizədlər isə III mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcək. 

Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ ”“ nin kadrlar bazasında toplanılacaq. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin işlə təmin olunacaqları nəzərdə tutulur.(anspress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin