Neft gəlirlərinin azalması hakimiyyət və sadə vətəndaşlara nə vəd edir?

Hazırda oxunan: Neft gəlirlərinin azalması hakimiyyət və sadə vətəndaşlara nə vəd edir?

62711

Son vaxtlar dünya bazarında neftin qiymətinin əhəmiyyətli dərəcədə ucuzlaşması Azərbaycanda gerçəkləşdirilməsi nəzərdə tutulan bir çox sosial layihənin aqibətini sual altında qoyub. Belə ki, dövlət büdcəsinin əsasını təşkil edən neft pullarının azalması “gəlir bolluğu”x9d fonunda qəbul edilən qərarların icrasına imkan vermir.  

Mövcud tendensiyanın gələcəkdə də davam edə biləcəyi ehtimalı parlamentdəki büdcə müzakirələrində də özünü göstərdi ki, bu da proseslərin hakimiyyət daxilində kifayət qədər ciddi narahatlıq doğurduğunu isbatlayır.

Maraqlıdır, neft gəlirlərinin azalması ilə bağlı müxalif siyasilərin düşüncəsi nədən ibarətdir? Neft böhranı hakimiyyət böhranı ilə nəticələnə bilərmi? Mümkündürmü ki, neft pulları hesabına analoqsuz inkişafdan danışan hakimiyyət maliyyə qıtlğı fonunda bütün ittihamları bir-birinə qarşı yönəltsin?

Moderator.az-a və “Hürriyyət”x9d qəzetinə açıqlama verən VİP sədri Əli Əliyev hesab edir ki, hər şeydən öncə neftin ucuzlaşmasına səbəb olan amillərə diqqət yetirmək zəruridir:

 “Əvvəlcə neftin qiymətinin düşmə səbəblərinə diqqət yetirmək lazımdır. Çünki həm ölkə, həm də dünya miqyasında bu ciddi hadisəyə müxtəlif yanaşmalar vardır. Misal üçün dünən Rusiya Federasiyası energetika naziri Novak, baş verən enişi müvəqqəti hal adlandırıb. Bunu investisiya-qiymət çütlüyünə bağlayıb. Başqa yanaşmalar da dövriyyədədir. Hesab edirəm ki, qiymət enişi obyektiv iqtisadi səbəblərlə deyil, qlobal iqtisadiyyata nəzarət edən güclərin Rusiyaya qarşı tətbiq etdiyi siyasətin tərkib elementi kimi meydana çıxıb. Bu baxımdan neftin qiymətinin 14-cü illərin sonuna qədər və ən azı 15-ci il ərzində 70-80 ABŞ dolları civarında "rəqs etmə" ehtimalı yüksəkdir. İqtisadiyyatı və büdcəsi neft tutumlu ölkələr üçün bu çox ciddi fəsadlar verəcək. RF büdcəsinin təqribən 50%-i neftdən asılı olduğu halda, bizim dövlət gəlirlərimizin birbaşa 70%-i, dolayısı ilə isə 90%-i neft ixracatından və onun dünya bazarlarında qiymətindən asılıdır. Yəni qiymət enişi əgər Rusiyaya qarşı tətbiq edilirsə də, müqayisədən aydın görünür ki, bizim siyasi,iqtisadi, maliyyə, sosial durumumuza daha təsirli olacaq. Hərçənd ki, Milli Məclisdə büdcə müzakirələri zamanı hökümət nümayəndələri hamısı unison olaraq, neft böhranın bizə aid olmadığını iddia etsələr də, real vəziyyətin belə olmadığını hamı gözəl anlayır”x9d.

Ə.Əliyevin qənaətincə, istənilən halda dünya bazarında baş verən neft ucuzlaşmasının Azərbaycan iqtisadiyyatında özünü bu və ya digər dərəcədə hiss ediləcək:

“Ola bilər, ötən ildən xüsusilə, böyük miqdarda Neft Fondundan transferlər hesabına doldurulan büdcə kəsirləri, gələn il də makro iqtisadi durumumuzda hiss olunmasın. Lakin "neft iynəsinə" oturdulmuş Azərbaycan iqtisadiyyatı dünya neftinin qiymət trendini mütləq hiss edəcək. Artıq ən nəhəng struktur sayılan SOCAR-da yeni ildə 30000 nəfərin ixtisar siyahısı hazırlanır. Ev bazarında xəfif qiymət düşüşü də ölkədə pul kütləsinin azalma indikatorudur. Son illər ərzində bir sıra dövlət qurumlarında mövcudluğu haqda ciddi söhbətlər dolaşan "zərf-paket" ödəniş üslubunun da aradan çıxması məlumatları da inandırıcı görünməyə başlayıb. Neft hasilatının azalma tendensiyası da gəlirlərin məhdudlaşmasının bir səbəbi olacaqdır. Beləliklə, "rifah erası" təəssüf olsun ki, sona çatmaqdadır. Ona görə təəssüf ifadə edirəm ki, tənəzzülün acısı, yenə ağır yükü ilə sıravi vətəndaşımızın çiyinlərinə enəcək”x9d.

VİP sədrinin fikrincə, hökumət “rifah erası”x9dnın imkanlarından lazımınca istifadə etmədi: “Təəssüfümü ona görə ifadə edirəm ki, bu fürsətdən hökümət layiqincə yararlanmadı, ölkə iqtisadiyyatını şaxələndirə bilmədi, liberal bazar formalaşdıraraq sabit orta təbəqə yaratmadı. Ölkədə olan bürokratik elita həm də bazara total nəzarət etdiyindən, iqtisadiyyatın sabitlik qarantları mövcud deyil. Ölkə biznesi də digər sferalar qədər administrativ basqının altındadır. Təbii ki, belə olduğu təqdirdə ölkədə sosial və siyasi dəngə dəyişəcək. Lakin belə tezliklə deyil. Çünki iqtidarın sərəncamında manevr imkanları hələlik qalmaqdadır. Unutmaq lazım deyil ki, siyasi fors-major bütün hallarda siyasi proqnozlar içərisində yer alır. İstisna deyil ki, yaxın gələcəkdə beynəlxalq təzyiqin də prosesə qoşulacağı şəraitdə hökümətin daxilində silkələnmə hiss olunsun. Çünki Rusiya kimi bir nəhəngin çökdürülməsi aksiyasında tamaşaçı dövlətlər qalmayacaq. Artıq dünya Rusiyanın soy bir, din bir qardaşı sayılan Serbiyanı anti-rus koalisiyasına qoşmaqdadır. Yəqin seçimlə bağlı növbə bizim hakimiyyətə də çatacaq. Məhz onda neft qiymətlərinin eniş fəsadları prosesdə fəal rol alacaqdır”x9d.

 

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin