“Ölkənin daxili bazarlarının qorunması üçün hökumət ciddi tədbirlər görməlidir”x9d.
Moderator.az xəbər verir ki, bunu büdcə müzakirələri zamanı millət vəkili Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan özünü meyvə-tərəvəzlə təmin etmək
iqtidarında olsa da, xaricdən ucuz meyvə-tərəvəzin gətirilməsi bu sahənin
inkişafına ciddi mane olur:
“Ona
görə də hökumət daxili bazarın qorynması istiqamətində ciddi düşünməli, kənd təsərrüfatı
sahəsinin inkişafı istiqamətində təxirəsalınmaz tədbirlər planını həyata keçirməlidir.”x9d
Texniki peşə təhsilinə diqqətin artırılmasının vacibliyini
vurğulayan millət vəkili bildirdi ki, ildə 70 min gənc orta məktəbləri bitirir
və bunların işlə təmin olunmasına ciddi problemlər yaranır: “Ona görə də hesab
edirəm ki, onların peşə ixtisaslarını cəlb etmək məqsədi ilə texniki peşə məktəblərinin
müasir tələblər səviyəsində qurulması istiqamətində hökumət ciddi işlər görməlidir.
2015-ci il dövlət büdcəsində bu sahəyə lazımı səviyyədə vəsait
yarımalıdır. Artıq bu zamanın tələbidir.”x9d
































































































