“Qubad İbadoğlunun ittihamları əsassızdır”x9d

Hazırda oxunan: “Qubad İbadoğlunun ittihamları əsassızdır”x9d

61877

Müsavat Partiyası başqanlığına sabiq namizəd Qubad İbadoğlu APA-ya açıqlamasında partiyanın avtoritar üsullarla idarə olunduğunu vurğulayıb və qeyd edib ki, qarşıdakı günlərdə növbədənkənar qurultayın çağırılmasına nail olmağa çalışacaqlar.

Maraqlıdır, proseslər Müsavat daxilində daha ciddi parçalanmalara səbəb ola bilərmi? Vəziyyətdən çıxış yolu nədən ibarətdir?

Bununla bağlı Moderator.az-a açıqlama verən Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib. M.Hacıbəyli Q.İbadoğlunun narahatılğı üçün əsas görmədiyini vurğulayıb:

Müsavat öz yolunu gedir və gedəcək. Qubad bəyin dediyiniz bu ittihamı əsassızdır. Əvvəlki illərdə də partiyanın qərarına zidd gedənlər partiyadan çıxarılıb. Məsələn, Müsavatın mövqeyinə zidd getdikləri üçün Vaqif Səmədoğlu, Vidadi Mahmudlu, Şirzad Əyyub kimi adamlar partiyadan çıxarılıb. Amma bu qərarlar diktaturaya səbəb olmayıb. Qubad bəy narahat olmasın. Müsavat dünyanın ən demokratik partiyasıdır. Sualınızın ikinci hissəsinə gəldikdə, bu barədə Siyavuş Novruzov da bəyanat verib. Amma Müsavat S.Novruzovun sözü ilə idarə olunmur və olunmayacaq”x9d.

 

Seymur Əliyev 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin