Vasif Talıbov mülki həyata ordu disiplini gətirir- FOTO

Hazırda oxunan: Vasif Talıbov mülki həyata ordu disiplini gətirir- FOTO

61603

Moderator.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov dünən Naxçıvan şəhərinin Atatürk küçəsindəki 5 nömrəli yaşayış binasının əsaslı şəkildə yenidən qurulması ilə bağlı təşkil edilən tədbirdə iştirak edib. Tədbirdə diqqət çəkən ən maraqlı olay V.Talıbovla sadə vətəndaşların görüşü zamanı müşahidə edilib.

Şəkildən də göründüyü kimi, binanın qadın sakinlərindən biri ilə üz-üzə dayanan V.Talıbov dayandığı səkidən aşağı düşmür və vətəndaşla sanki tribunadaymış kimi danışır. Bundan daha maraqlısı isə görüş zamanı digər iştirakçıların meydançadakı ağ zolaq boyu düzülməsi və kimsənin bu zolaqdan bir santimetr də olsun qabağa çıxmamasıdır. Hansı ki, normalda bu cür nizam və disiplin yalnız orduda tətbiq edilir. Məhz hərbi hissələrdə (cəbhə xəttindəki birliklər istisna olmaqla) sıra meydanına çəkilən bu cür zolaqlarda əsgərlərə müəyyən nizamla hərəkət etmək, sıra düzülüşü pozmadan əmrləri icra etmək öyrədilir. Görünən odur ki, V.Talıbov bugünə qədər yalnız ordu həyatı üçün xas olan disiplini artıq mülki həyatda da tətbiq etməyə qərar verib.  Hər halda məlum foto başqa cür düşünməyə əsas vermir.

Məlumat üçün qeyd edək ki, təqdim etdiyimiz foto azertag.az saytından götürülüb. (//azertag.az/xeber/810510)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin