Azərbaycanda 4 rayonun hərbi komissarı işdən çıxarıldı

Hazırda oxunan: Azərbaycanda 4 rayonun hərbi komissarı işdən çıxarıldı

61470
Arzu Rəhimov müvafiq əmr imzalayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 4 rayon şöbəsinin rəisi işdən çıxarılıb.
 
Moderator.az xəbər verir ki, APA-nın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, xidmətin İmişli və Saatlı rayon şöbələrinin rəisləri yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir və Gəncənin Kəpəz rayon şöbələrinin rəisləri isə tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin