Aşura ilə bağlı keçirilən mərasimlərin bir çoxunda İmam Hüseyn (ə) məktəbinin təbliğindən çox İran dövlətinin maraqları daha çox gözə dəyir. Bəzi yerlərdə, əsasən Bakının Nardaran kəndində bu il keçirilən Aşura mərasimi zamanı İran dövlətinin bayrağı, rəhbərləri Xomeyninin və hazırkı lideri Xamneyinin şəkilləri qaldırılıb.
Teleqraf.az-ın əməkdaşı
başqa ölkənin təbliğatının belə mərasimlərdə aparılmasının nə dərəcədə doğru
olub-olmaması haqqında Azərbaycan İslam Demokrat Partiyasının ( AİDP) Sədri
Hacı Tahir Abbaslının münasibətini öyrənib.
Dini mərasimlərdə başqa dövlətin
bayrağının və siyasətçilərin şəkillərinin qaldırılmasını düzgün hesab etməyən
Hacı Tahir Abbaslı bunları dedi:
“Təəssüflə qeyd etmək istəyirəm ki, bu kimi hallar dindarlarımızın
siyasi savadsızlığından olur. Konkret olaraq millətimizin və dövlətimizin həssas
vaxtında belə təəssübkeşliyi düzgün hesab etmirəm. Əksinə ayıqlıq və agahlıq
göstərməliyik ki, düşmənlər sui istifadə edib istədikləri qatma-qarışıqlıq sala
bilməsinlər. Yəni hər bir məzhəb və ya təriqət özünün dini rəhbərlərini və
onların mənsub olduqları dövlətiləri təbliğ etsələr dinimizə, xalqımıza və dövlətimizə
ciddi zərbələr vurmuş olarlar. Əlbəttə şəkil və bayraqların belə tədbirlərdə
asılması təsadüfdən deyil. Belə şəkilləri ölkəmizdə çap olunmur.Demək tədbir təşkilatçılarının
İran İR-nın siyasi maraqlarına yaxınlığı var.”
Azərbaycanda kifayət qədər
savadlı din xadimləri var. Dini mərasimlərimizin düzgün istiqamətdə icra
olunmasında nədən bu insanların ciddi münasibəti gözə dəymir. Ola bilərmi ki,
savadlı din xadimlərimiz möhvumatçı dəstələrin onlara qarşı ola biləcək əks-təbliğat
hücumlarından narahat olurlar sualına isə Hacı Tahir Abbaslının cavabı bu oldu:
“Belə tədbirlərin təşkilatçıları din alimlərimiz deyillər, tədbirin
təşkilatçıları onları da dəvət edirlər və belə qısa zamanda nəyəsə etiraz etmək
elə də asan deyil. Oki qaldı bizim dindarlarımıza, onların əksəriyyəti milləti
və dövlətini canları qədər sevirlər. İnandırım sizi ki, heç elə şəkillərə əhəmiyyət
belə verməzlər. Görünən şəkillər kimlərəsə görüntü yaratmaq üçündür. "



































































































