Moderator.az xəbər verir ki, Zaqatala rayonunda tarixdə analoqu olmayan oğurluq hadisəsi baş verib. Belə ki, rayonun Kəbiloba kənd icra nümayəndəsinin müavini Ramazan Mustafayev ADP Zaqatala rayon təşkilatının fəallarından olan, bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş Xanoy Musayevin şəxsiyyət vəsiqəsini əvəz edən arayışı baxmaq adı ilə almış və aradan çıxmışdır. Adı çəkilən icra məmuru həmçinin rayon icra hakimiyyətindən tapşırıq aldığını və müxalifətçilərin seçkilərə qatılmasına imkan verilməyəcəyini bildirib.
Azərbaycan Demokrat
Partiyası Zaqatala Rayon Təşkilatından partiyanın mətbuat xidmətinə daxil olan
məlumatda belə deyilir.
Məlumat üçün bildirək ki,
Xanoy Musayev Zaqatala rayonunun Kəbiloba kəndində 25 ildən artıqdır ki, yaşasa
da, rəsmi sənədlərdə doğulduğu Danaçı kəndində qeydiyyatda olduğu göstərilir.
Bu formal problemi həll etmək və faktiki yaşadığı Kəbiloba kəndində bələdiyyə
seçkisində namizəd kimi iştirak etmək məqsədilə O, kənd icra nümayəndəliyindən
bir müddət əvvəl arayış almağa müvəffəq olmuşdu. İcra nümayəndəsinin götürüb
qaçdığı arayış da məhz Xanoy Musayevin Kəbiloba kənd bələdiyyəsinə keçiriləcək
seçkilərdə iştirakı üçün zəruri olan həmin arayışdır.
Məsələ ilə əlaqədar dairə
və mərkəzi seçki komissiyalarının müvafiq şəxslərinə məlumat verilib.





























































































