Məhkəmə Qurban Məmmədovu azad etmədi...

Hazırda oxunan: Məhkəmə Qurban Məmmədovu azad etmədi...

61001
Qaradağ rayon Məhkəməsi Milli Şuranın üzvü, tanınmış hüquqşünas Qurban Məmmədovun cəza rejiminin dəyişdirilməsi ilə bağlı müraciətini təmin etməyib.

Bu haqda Moderator.az-a Q. Məmmədovun vəkili Fəxrəddin Mehdiyev məlumat verib. 


Onun dediyinə görə, noyabrın 7-də 14 saylı cəzaçəkmə müəssisində keçirilən məhkəmədə iştirak edən Qaradağ rayon məhkəməsinin hakimi Qurban Məmmədovun iddiasını qanunsuz olaraq təmin etməyib:

"Qurban bəyin iddiası məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməklə bağlı idi. Qanunvericilikdə nəzərdə tutulub ki, yüngül kateqoriyaya aid cinayət törədildiyi halda cəzanın üçdə biri çəkildikdə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməklə bağlı vəsatət verilir. Məhkəmə də bu məsələyə baxaraq bir qayda olaraq təmin edir. Yəni hakim məhkumun içəridəki davranışını təhlil edərək qərar qəbul edir. Hakimin qərara necə formilurovka verdiyini bilmirik, yəqin həmin qərarı yaxınlarda əldə edəcəyik. Amma hakim heç bir əsas olmadan iddianı təmin etməyib. Çünki Qurban bəy cəza çəkdiyi dövrdə barəsində hər hansı tənbeh tədbiri tətbiq olunmayıb."

Xatırladaq ki, Qurban Məmmədov 2013-cü ilin yayında Cinayət Məcəlləsinin 263-cü maddəsi(ehtiyatsızlıqdan yol hərəkəti qaydalarını pozma) maddəsiylə ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin